“Azərbaycan hakimiyyəti öz vətəndaşlarından qorxur”

“Rəsmi Bakı qanunun aliliyinə hörmətsizlik nümayiş etdirir və müstəqil vətəndaş cəmiyyətini qorxutmağa çalışır”

Source:


“Rəsmi Bakı qanunun aliliyinə hörmətsizlik nümayiş etdirir və müstəqil vətəndaş cəmiyyətini qorxutmağa çalışır”

Freedom House hüquq-müdafiə təşkilatı Leyla Yunusun vəkilinin onun müdafiəsi prosesindən kənarlaşdırılması ilə bağlı bəyanatla çıxış edib.

“Hüquq müdafiəçilərini ciddi dövləti cinayətlərdə ittiham edən Azərbaycan hakimiyyəti qanunun aliliyinə hörmətsizlik nümayiş etdirir və müstəqil vətəndaş cəmiyyətini qorxutmağa çalışır”, – təşkilatın rəhbəri Devid Kramer bildirib.

“Leyla Yunusa və digər hüquq müdafiəçilərinə qarşı ağır və əsassız ittihamlar irəli sürərək onları uzun müddətə həbs edən Azərbaycan hakimiyyəti L.Yunusu vəkilin köməyillə müdafiə olunmaq imkanlarından məhrum etməklə öz vətəndaşlarından qorxduğunu göstərir”, – deyə o vurğulayıb.

Freedom House ölkə hakimiyyətini L.Yunusun və digər hüquq müdafiəçilərinin üzərindən bütün ittihamları götürməyə, onun hüquqlarını bərpa etməyə çağırır.


* Xatırladaq ki, son günlər prokurorluq L.Yunusu vəkillər Cavad Cavadov və Xalid Bağırovun müdafiəsindən kənarlaşdırıb. Vəkil Əlayif Həsənovu da bu aqibət gözləyə bilər (Turan İA).

Ana səhifəXəbərlər“Azərbaycan hakimiyyəti öz vətəndaşlarından qorxur”