Qiymət ucuzlaşmasına görə daha çox itkilər xam neft ixracatında qeydə alınsa da neft məhsullarının və təbii qazın xaricə satışından da gəlirlər azalıb
Bu ilin sentyabr ayına olan hesablamalar göstərir ki, son 1 ildə neftin dünya bazarında uculaşması səbəbindən Azərbaycanın birbaşa itkiləri 6,6 milyard dollar olub.
Bu barədə iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb.
İqtisadçının fikrincə, qiymət ucuzlaşmasına görə daha çox itkilər xam neft ixracatında qeydə alınsa da neft məhsullarının və təbii qazın xaricə satışından da gəlirlər azalıb. Nəticədə bu səbəbdən Azərbaycanının itkiləri orta hesabla ayda 550 milyon , gündə isə 18 milyon 333 min dollar təşkil edib.