Azərbaycan ”Formula-1” rəhbərinin tənqidlərinə cavab verdi

Nigar Arpadarai: Maffeydən belə bir bəyanat eşidəndə doğrusu təəccübləndik

Source:
Nigar Arpadarai
Nigar Arpadarai


Nigar Arpadarai: Maffeydən belə bir bəyanat eşidəndə doğrusu təəccübləndik

Bakı Şəhər Halqasının kommunikasıya şöbəsinin rəhbəri Nigar Arpadarai BBC Azərbaycancaya açıqlama verib:

“Biz çox təəccübləndik, çünki keçən ilki “Grand Prix”ni çox böyük uğurla həyata keçirdik. Bunu tək biz söyləmirik, bunu Bakıda olan beynəlxalq mətbuat, həm də Beynəlxalq Avtomobil Federasiyasının nümayəndələri, həm də F1-in rəhbərliyi hamı qeyd etmişdi. Ona görə də belə bir bəyanatı Maffeydən eşidəndə doğrusu təəccübləndik, çünki o özü şəxsən Liberti Medianın rəhbərliyidir, lakin F1-in əməliyyatlarına qarışan bir şəxs deyil”.

Cənab Maffeyin hələ Bakıda olmadığını deyən sözçü keçən illə müqayisədə bilet satışlarında ciddi bir artım olduğunu vurğulayaraq əlavə edib ki, “buna görə əminik ki, əgər Qreq Maffei və Liberty Medianın bütün rəhbərliyi iyunda olan “Grand Prix” zamanı Azərbaycana səfər etdiyi zaman onların fikirləri tamamilə dəyişəcək”.

Ötən həftə baş tutan konfranslardan birində Libertin baş icraçı direktoru Qreq Maffey Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib.

O deyib ki, yeni yarışlara imza atmağın arxasında bunlar dayanır: “Daha nə qədər qazana bilərəm? İlkin ödəniş nə qədərdir? Və beləliklə, Azərbaycanın Bakı şəhəri kimi yerlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin, onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər. İşimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onların bizim məhsulu inkişaf etdirmək üçün köməyindən ibarətdir”.

Ana səhifəXəbərlərAzərbaycan ”Formula-1” rəhbərinin tənqidlərinə cavab verdi