Azərbaycan filmi Venesiya Film Festivalının əsas müsabiqəsinə seçilib

Filmdə çəkilən aktyorlar azərbaycanlılardır.

Source: Specify Source

İlk dəfə olaraq Venesiya Film Festivalının əsas müsabiqəsində Azərbaycan filmi də yer alacaq.

Bu, rejissor Hilal Bayramovun çəkdiyi “Səpələnmiş ölümlər arasında” filmidir.

Filmin yaradıcılarının “Facebook” səhifəsində paylaşdıqları məlumata görə, film “Qızıl Şir” mükafatı uğrunda yarışacaq.

Sözügedən film Azərbaycan və ABŞ kinematoqrafçılarının birgə istehsalıdır. Filmin birgə istehsalçıları Carlos Reygadas və Joslyn Barnes, icraçı prodüserləri Danny Glover və Susan Rockefellerdir.

Filmdə çəkilən aktyorlar azərbaycanlılardır.

Ana səhifəMədəniyyətAzərbaycan filmi Venesiya Film Festivalının əsas müsabiqəsinə seçilib