Azərbaycan filmi ABŞ-da mükafat aldı

Festival Amerika kinoakademiyasının xüsusi dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasında böyük rol oynayır

Source:


Festival Amerika kinoakademiyasının xüsusi dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasında böyük rol oynayır

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan Asif Rüstəmovun “Axınla aşağı” tammetrajlı bədii filmi Amerika Birləşmiş Ştatlarında 30 aprel – 7 may tarixlərində Los Ancelesdə keçirilən  SEEfest Film Festivalında nümayiş etdirilib.

“Axınla aşağı” bədii filmi  festivalda “Ən yaxşı tammetrajlı debüt film” mükafatına layiq görülüb.

Bu barədə məlumatı ssenari.az saytı yayıb. Bildirilir ki, festival Amerika kinoakademiyasının xüsusi dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasında böyük rol oynayır.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar

Ana səhifəXəbərlərAzərbaycan filmi ABŞ-da mükafat aldı