Azərbaycan əsgərinin həyatına qəsd etdiyi bildirilir

Əsgər. Foto: Meydan TV

Prokurorluq hadisəni araşdırdığını deyir

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Anar Hüseynovun özünü öldürdüyü bildirilir.

Bu barədə noyabrın 6-da Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ağdam Hərbi Prokurorluğu və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər:

“Onlar iş üçün əhəmiyyət kəsb edən predmetləri maddi sübut kimi götürüb və digər hərəkətlər icra ediblər”.

Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb:

“Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib”.

Meydan TV intihar edən əsgər Anar Hüseynovun yaxınları ilə əlaqə yarada bilməyib.

Ana səhifə ▸ Xəbərlər ▸ Azərbaycan əsgərinin həyatına qəsd etdiyi bildirilir