Azərbaycan əsgərinin həlak olduğu bildirilir

Respublika Hərbi Prokurorluğu. Mənbə: Azərtac

Riyad Əliyarovun elektrik cərəyanının vurması nəticəsində öldüyü deyilir

Azərbaycan Ordusunun hərbçisi həlak olub.

Bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Riyad Əliyarovun iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub:

“Məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib”.

Riyad Əliyarov. Mənbə: “Facebook”

Açıqlanan məlumatla bağlı həlak olan əsgərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

2020-ci ilin noyabrın 10-dan 2022-ci ilin 31 yanvarınadək Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunun hərbi itkiləri 110 nəfərdən artıqdır.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, onlardan 15 nəfəri erməni gülləsindən, 10 nəfəri mina partlayışından, qalanları isə (85 nəfər) qeyri-döyüş səbəblərindən həyatlarını itiriblər.

Hadisələrin əksəriyyəti Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən təsdiq olunub.

Sonrakı 4,5 ayda isə nə qədər hərbçinin həlak olduğu ilə bağlı statistik məlumat açıqlanmayıb.

Ana səhifəXəbərlərAzərbaycan əsgərinin həlak olduğu bildirilir