“Azərbaycan ərzaq və kənd təsərrüfatı məhsullarında idxaldan aslı vəziyyətdədir”

“Keçən ilin yanvar-avqust ayları ərzində 16,6 milyon dollar dəyərində ölkəyə meyvə-tərəvəz idxal olunduğu halda bu ilin 8 ayı ərzində bu göstərici 2,4 dəfə artaraq 40,9 milyon dollar təşkil etmişdi”

Source:


“Keçən ilin yanvar-avqust ayları ərzində 16,6 milyon dollar dəyərində ölkəyə meyvə-tərəvəz idxal olunduğu halda bu ilin 8 ayı ərzində bu göstərici 2,4 dəfə artaraq 40,9 milyon dollar təşkil etmişdi”


Xarici ticarətin gömrük statistikası göstərir ki, 2015-ci ilin 8 ayı ərzində yeyinti məhsulları idxalı 3,08 faiz artaraq ümumi idxalın 11,13 faizini təşkil edib.

Bu barədə Facebook səhifəsində münasibəti açıqlayan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, təqdim olunan statistika 2015-ci ilin 8 ayında keçən ilin müvafiq dövrünə nisbətən yeyinti məhsulları ixracının ciddi azaldığını göstərir. Belə ki, meyvə-tərəvəz ixracı 2,69 faiz, şəkər 2,57 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 29 faiz, çay ixracı isə 43,9 faiz azalıb. Artıq uzun illərdir ki, davamlı olaraq bir sıra ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalı isə artmaqda davam edir. Əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı yenə də nəzərəçarpacaq dərəcədə artıb. Qeyd etməliyəm ki, keçən ilin 8 ayı ərzində olkəyə 33,2 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda bu il bu göstərici 6,89 faiz artaraq 35,5 milyon dollar təşkil edib. 2010- cu ilin 8 ayı ərzində ölkəyə cəmi 1,7 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda son 5 il ərzində bu göstərici 20 dəfədən çox artıb.

Vahid Məhərrəmov son vaxtlar məmurların rekord səviyyədə taxıl istehsal olunması barədə fikirlərini də şərh edib: “Bu açıqlama ilə bərabər həm də bu il ölkəyə rekord səviyyədə taxıl idxal olunub. Gömrük komitəsinin təqdim etdiyi statistikada bu ilin 8 ayı ərzində ölkəyə 216,2 milyon dollar dəyərində buğda idxal olunduğu və bu göstəricinin keçən ilin eyni dövrü ilə müqayisədə 34,17 faiz faiz çox olduğu göstərilir. Keçən ilin anoloji dövründə ölkəyə 183,2 milyon dollar dəyərində dənli bitkilərin məhsulları idxal olunduğu halda, 2015-cü ilin 8 ayı ərzində bu göstərici 67 milyon dollardan çox artaraq 250,7 milyon dollar təşkil edib”.

“Bu ilin 8 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı 2,69 faiz azaldığı halda eyni qrupa aid olan məhsulların idxal dəyəri 146 faizdən çox artıb. Keçən ilin yanvar-avqust ayları ərzində 16,6 milyon dollar dəyərində ölkəyə meyvə-tərəvəz idxal olunduğu halda bu ilin 8 ayı ərzində bu göstərici 2,4 dəfə artaraq 40,9 milyon dollar təşkil etmişdi. Statistik məlumata görə yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 317 faiz artıb. Keçən ilin anoloji dövründə bu qrupdan olan malın idxal dəyəri 6,2 milyon dollar olduğu halda bu il 4,3 dəfə artaraq 26,6 milyon dollar təşkil edib. Digər mal qrupları üzrə də, misal üçün, bəzi yeməli meyvəköklülər və kök yumruları – 43 faiz, Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda kleykovinası 15,81 faiz, yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemlər-3,28 faiz, Müxtəlif ərzaq məhsulları- 35.53 faiz, zülal tərkibli maddələr; modifikasiya olunmuş nişastalar; yapışqanlar; fermentlər keçən ilin müvafiq dövrünə nisbətən 4,53 faiz artıb”,- deyə Məhərrəmov bildirib.

Ekspertin fikrincə, idxalla bağlı statistik rəqəmləri nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, Azərbaycanın ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatını idxaldan aslı vəziyyətdə qalıb. İdxalda marağı olan dövlət məmurlarının maraqlarına uyğun olaraq bu aslılıq get-gedə artmaqda davam edir. Daxili bazarda özünə yer tapa bilməyən yerli məhsul isə bazarlardan sıxışdırılaraq çıxarılır. Elə bu kimi səbəbdən də kənd təsərrüfatı məhsulları istehsalı ilbəil azalır.

Ana səhifəXəbərlər“Azərbaycan ərzaq və kənd təsərrüfatı məhsullarında idxaldan aslı vəziyyətdədir”