Tərəflər dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı addımlar atmaq barədə şərt kəsdi
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 26 noyabr 2021-ci ildə Soçi şəhərində görüşdük və 9 noyabr 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə verilmiş, həmçinin 11 yanvar 2021-ci ildə bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi barədə verilmiş bəyanatın həyata keçirilməsinin gedişatını müzakirə etdik.
Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın maraqlarından çıxış edərək, 2020-ci il noyabrın 9-u və 2021-ci il yanvarın 11-i verilmiş bəyanatların bütün müddəalarının bundan sonra da müntəzəm icra edilməsinə və onlara hökmən əməl olunmasına tərəfdar olduğumuzu təsdiqlədik. 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə verilmiş bəyanatlarından irəli gələn vəzifələrin tezliklə həllinə yönəlmiş birgə cəhdlərimizi aktivləşdirmək barədə razılığa gəldik.
Rusiya sülhməramlı kontingentin regionda vəziyyətin sabitləşməsi və təhlükəzizliyin təminatında xüsusi rolunu qeyd etdik.
Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin yüksəlməsi və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaranması, tərəflərin sorğusu ilə Rusiya Federasiyasının konsultativ köməyi sayəsində sonrakı demarkasiyası ilə bağlı addımlar atmaq barədə şərt kəsdik.
11 yanvar 2021-ci il bəyanatına əsasən təsis olunmuş, Azərbaycan Respublikası və Ermənistan Respublikası Baş nazirinin müavinlərinin Rusiya Federasiyası hökuməti sədrinin müavininin birgə sədrliyi ilə Üçtərəfli işçi qrupunun bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə fəaliyyətinin yüksək qiymətləndirdik. Bölgədə iqtisadi potensialın açılması məqsədilə tezliklə konkret layihələrin gerçəkləşməsinin zəruriliyini qeyd etdik.
Rusiya Federasiyası bundan belə də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad atmosferinin yaranması, həmçinin regionda mehriban qonşuluq münasibətlərinin qurulması üçün bütün zəruri yardımı göstərəcək.