Azərbaycan ”Ən yaxşı universitetlər” siyahısında yoxdur

Siyahıya Türkiyənin 23 ali təhsil ocağının adı düşüb

Source:
foto azadliq.org
foto azadliq.org


Siyahıya Türkiyənin 23 ali təhsil ocağının adı düşüb

ABŞ-ın, əsasən, elmi məlumatlar dərc edən “USNews&Worldreport” qəzeti dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb. Siyahıda 60-a qədər ölkənin 1000 universitetinin adı var. Azərbaycanın ali təhsil ocaqlarının adı siyahıya düşməyib.


Kateqoriyalar

Qəzet universitetlərin elmi araşdırma fəaliyyətinə və qlobal, eləcə də regional nüfuzuna görə seçildiyini, 12 mühüm amilə görə qiymətləndirildiyini yazır. Mühüm amillər dedikdə, universitetlərin apardığı elmi-araşdırma fəaliyyəti, elmi nəşrlər, məqalələr, eləcə də kitablar, keçirdikləri müşavirələr, beynəlxalq əməkdaşlıq səviyyəsi, onlara istinadlar və s. nəzərdə tutulur.

Ali təhsil ocaqları 100 ballıq sistemlə qiymətləndirilib. İlk 10-luğa daxil olanlar ABŞ-ın Harvard Universiteti (100 bal), Massaçusets Texnologiya İnstitutu (97.9), Stenford Universiteti (92.9), Kaliforniya-Berkli Universiteti (92.8), Kaliforniya Texnologiya İnstitutu (89.3), Britaniyanın Oksford Universiteti (88.1), Kembric Universiteti (86.3), Prinston Universiteti (86.2), Kolumbiya Universiteti (85.9) və Kaliforniya-Los-Anceles Universitetidir (85.8 bal).

İrandan 11, Rusiyadan 10 universitet

Siyahıya Türkiyənin 23 ali təhsil ocağının adı düşüb. Onlardan ən çox bal toplayanı Boğaziçi Universiteti (64.7), Yaxın Şərq Texniki Universiteti (61.1), İstanbul Texniki Universitetidir (59.9).

“USNews&Worldreport”un siyahısında İranın 11, Rusiyanın 10 təhsil ocağının adı çəkilir. Rusiyadan ən çox bal toplayan universitetlər Lomonosov adına Moskva Dövlət Universitetidir, 59.3 balla qiymətləndirilib. Moskvadakı Milli Nüvə Araşdırma Universiteti 53.1, Sankt-Peterburq Dövlət Universiteti 49.6 bal alıb.

İranın Şərif Texnologiya Universiteti (53.4 bal), Tehran Universiteti (51.8), İsfahan Universiteti (49.6 bal) bu ölkənin ən yaxşı ali təhsil ocaqları hesab olunub.

Sonuncu yerlərdən birini tutsa da, Gürcüstan Dövlət Universitetinin də adı dünyanın ən güclü 1000 ali təhsil ocaqları siyahısındadır.



Tərcümə: AzadlıqRadiosu

Ana səhifəXəbərlərAzərbaycan ”Ən yaxşı universitetlər” siyahısında yoxdur