Azərbaycan dünyada hərbi xərcləri çox olan 10 ölkə sırasındadır

Azərbaycan dünyada hərbi xərcləri Ümum Daxili Məhsulun 4 faizindən yuxarı olan 10 ölkə sırasındadır.
Ölkədə Ümum Daxili Məhsulun 5.3 faizinin orduya xərcləndiyi bildirilir.
Ermənistanda isə Ümum Daxili Məhsulun 4.4 faizi hərbiyə gedib.
Bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun hesabatında deyilir.
Hesabata görə, Dünyada hərbi xərclərin ötən il ümumilikdə artır və bu tendensiya artıq yeddinci ildir ardıcıl davam edir.
Ötən il dünyada hərbi xərclər 0.7 faiz artaraq 2 trilyon 113 milyard dollara çatıb.
Hərbiyə ən çox pul ayıran ölkələr isə ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiya olub.
Rusiya 2021-ci ildə hərbi xərcləri 2.9 faiz artıraraq 65.9 milyard dollar çatdırıb.
Rusiyaya qarşı müdafiəsini gücləndirən Ukrayna isə 2014-cü ildə Krım vilayətini Moskva ilhaq edəndən bəri hərbi xərcləri 72 faiz artırıb.
İranda isə hərbi büdcə son dörd ildə ilk dəfə artaraq 24.6 milyard dollara çatdırılıb.
ABŞ ötən il orduya 801 milyard, Çin 293 milyard dollar ayırıb.

Ana səhifəVideoAzərbaycan dünyada hərbi xərcləri çox olan 10 ölkə sırasındadır