Azərbaycan dünya çempionatından imtina etdi

Yelkənli idman – ”470” yaxtaları olimpiya idman növüdür

Source:


Yelkənli idman – ”470” yaxtaları olimpiya idman növüdür

Azərbaycan yelkənli idman növü – ”470” yaxtaları üzrə dünya çempionatının keçirilməsindən imtina edib.

Azərbaycan Yelkənli İdman Federasiyasının məlumatına görə, “imtina maliyyə problemləri ilə əlaqədardır”.

Yaxta idmanı üzrə dünya çempionatının 2016-cı ilin yayında Bakıda təşkil edilməsi qərara alınmışdı. Qərar 2015-ci ildə Afinada Beynəlxalq Yelkənli İdman Federasiyasının Baş Assambleyasının iclasında qəbul edilmişdı.

Yelkənli idman – “470” yaxtaları olimpiya idman növüdür.

Bununla belə bu il Azərbaycan Formula-I, 17 yaşlılardan ibarət futbol üzrə Avropa Çempionatının final oyunlarına və Şahmat Olimpiadasına ev sahibliyi edəcək.



azadliq.org

Ana səhifəXəbərlərAzərbaycan dünya çempionatından imtina etdi