”Azərbaycan Dəmir Yolları” QSC bankrot ərəfəsindədir”

Natiq Cəfərli: ”Oliqarxik şirkətlərin borclarını vətəndaşlara ödədirlər”

Source:


Natiq Cəfərli: ”Oliqarxik şirkətlərin borclarını vətəndaşlara ödədirlər”

“Sərnişin və sürət qatarlarında gediş haqları 20 faiz artırılır”, – APA-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Sevinc Qədirova

belə deyib.

O, bunu sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq məqsədilə etdiklərini bildirib:

“İyulun 15-dən ölkədaxili sərnişin və sürət qatarlarında qiymətlər 20 faiz artacaq”.

İqtisadçı Natiq Cəfərli deyir ki, qiymətlərin 20 faiz artmasının səbəbi “Azərbaycan Dəmir Yolları” QSC, onun rəhbərliyi, rəhbərliyin arxasında duranların bərbad idarəçiliyidir:

Natiq Cəfərli

“Korrupsiya mexanizmlərinə görə, həm dövlət büdcəsindən aldığı dotasiyaları, həm də beynəlxalq kreditləri basıb-yeyiblər. İndi “Azərbaycan Dəmir Yolları” QSC bankrot ərəfəsindədir. Nəticədə, xarici borcunu qaytarmaq üçün vətəndaşın cibinə girib qiyməti artırır”.

İqtisadçı deyir ki, bu qərar çox vacib indikatordur:

“Dövlətin və dövlətə aid oliqarxik şirkətlərin borclarını sonunda, birbaşa, və ya dolayısı yolla mütləq vətəndaş qaytarır. Bilin ki, sabah elektrik enerjisinin, SOCAR-ın, yanacağın, qazın, AZAL-ın borcunu biletlərin qiymətini artırmaqla vətəndaşın cibindən çıxaracaqlar…”.

Ana səhifəXəbərlər”Azərbaycan Dəmir Yolları” QSC bankrot ərəfəsindədir”