Azərbaycan daha bir əsgərini itirib

Hərbçinin hansı şəraitdə öldüyü barədə açıqlama verilmir

Source:
Hərbçi Asiman Fikrət oğlu Şahmarov
Hərbçi Asiman Fikrət oğlu Şahmarov


Hərbçinin hansı şəraitdə öldüyü barədə açıqlama verilmir

Masallının Hişkədərə kəndinin sakini Asiman Fikrət oğlu Şahmarovun hərbi xidmətdə vəfat etdiyi bildirilir.

Məlumatı Meydan TV-yə Hişkədərə kəndinin sakinləri verib. Bildiriblər ki, əsgər yanvarın 10-da kənd məzarlığında dəfn edilib.

“Cenubpress.az” internet qəzetinin redaktoru Mirələm Həşimov məlumatı təsdiqləyib. O, əsgərin dəfnində iştirak etdiyini söyləyib:

“Orada da kimsə onun hansı səbəbdən həlak olduğunu söyləmədi. Dəfndə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və əsgərin xidmət etdiyi hərbi hissənin əsgərləri iştirak edirdilər. Dəfndən sonra hamı dağılışdı. Əsgərin ailəsi də hər hansı bir açıqlama vermək istəmədi”.

Masallı rayon Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Qumriyyə Cəfərova da faktı Meydan TV-yə təsdiqləyib. O, Asiman Şahmarovun Ağdamda həlak olduğunu söyləyib:

“Doğrudur, bu gün kənddə dəfn edildi. Ancaq onun hansı şəraitdə ölməsi barədə məndə dəqiq məlumat yoxdur”.

Ana səhifəXəbərlərAzərbaycan daha bir əsgərini itirib