Azərbaycan daha bir əsgərini itirdi

Əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub

Source:


Əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 21-nə keçən gecə qarşı tərəf Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Lakin ermənilərin Azərbaycan tərəfinin mövqelərinə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək, geri çəkilməyə məcbur edilib.

Döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhədə baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır: “Bundan sonra tərəfimizdən görüləcək cavab tədbirləri daha sərt və qətiyyətli olacaq və şəhidlərimizin qanı yerdə qalmayacaqdır”.

Ana səhifəXəbərlərAzərbaycan daha bir əsgərini itirdi