Rüstəm Muradov bunun üçüncü hərbi əsir mübadiləsi olduğunu deyib
Fevralın 9-da günün ikinci yarısı Ermənistanla Azərbaycan arasında növbəti hərbi əsir mübadiləsi gerçəkləşib.
Ermənistanın bir, Azərbaycanın beş əsiri qaytardığı deyilir.
Bu barədə "Turan" İA Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradova istinadən məlumat yayıb.
Bu, Ermənistanla Azərbaycan arasında üçüncü hərbi əsir mübadiləsidir.
Tərəflər arasında sonuncu əsir mübadiləsi yanvarın 28-də
olub
.
Rusiya hərbi təyyarəsi Yerevandan bir azərbaycanlı hərbi əsiri Bakıya gətirib və beş erməni əsir eyni təyyarə ilə geri aparıb.
Əsirlərin ilk mübadiləsi dekabrın 14-də və 15-də olub.
Azərbaycan 44 əsiri, Ermənistan isə 12 nəfəri təhvil verib.