Azərbaycan Cümhuriyyətin 100-cü ilini az sayda pərəstişkarla qeyd edir

Əslində rəsmi Bakı Rəsulzadəni ictimai sferada qalıcı olaraq məhv etməyə çalışır

Source:
Rəsulzadə və silahdaşları
Rəsulzadə və silahdaşları


Əslində rəsmi Bakı Rəsulzadəni ictimai sferada qalıcı olaraq məhv etməyə çalışır

Yüz il əvvəl bu ay müsəlman dünyasında ilk dünyəvi demokratiya, qısamüddətli Azərbaycan Demokratik Respublikası quruldu. Qadınların səs verməsinə imkan verən ilk müsəlman ölkəsi olan ADR-in qabaqcıl şəxsiyyətləri haqqında təqdimatı sevən Azərbaycan hökuməti tez-tez bundan bəhs edir.

Ancaq eyni hökumət cümhuriyyət quruculuğunun 100-cü ilində respublika pərəstişkarlarından bəzilərini təhqir etməklə və mövcud hakimiyyət orqanlarının öndərliyində öz əcdadlarına qarşı qeyri-müəyyən münasibət sərgiləməklə mövzuya aşağı səviyyədə yanaşır.

Prezident İlham Əliyev ötən il qarşıdan gələn 100 illik yubiley haqqında çıxış edərkən bir növ Respublikaya olan borcunu ödədi. Ancaq Azərbaycan tarixinin bir neçə əhəmiyyətli şəxsiyyətindən danışarkən ilk respublikanın lideri Məmməd Əmin Rəsulzadənin adını çəkmədi.

Əliyev mart ayında keçirilən iqtisadi forumda respublika barədə yenidən danışarkən dedi: “Əgər Demokratik Respublikanın qurucuları Azərbaycanın bu gün necə inkişaf etdiyini görsəydilər, bizimlə qürur duyardılar”. Respublika pərəstişkarları bu üslubu alçaldıcı hesab etdilər.

“Birinci respublika liberal dəyərlərə əsaslanan köklü demokratiya idi”, – deyə azərbaycanlı tarixçi Altay Göyüşov bildirir. “Bu gün Azərbaycan bütün reytinqlərin altındadır və əgər Azərbaycan Respublikasının təsisçiləri bunu görsəydilər, çox təəsüflənərdilər”, – o, əlavə edib.

Respublika 1918-ci il mayın 28-də Rus İmperiyasının dağılmasından sonra yaranıb. O “Azərbaycan” adını istifadə edən ilk dövlət idi və ölkə 1920-ci ildə Sovet İttifaqı işğal edənə və öz tərkibinə qatana qədər liberal və müasirləşdirmə prinsipləri ilə idarə edilib.

Tarixçi və müxalif siyasətçi Cəmil Həsənli “Respublikanın liderləri Azərbaycan tarixində ən uğurlu liderlərdir”,- deyir.

Lakin respublikaya və onun lideri Rəsulzadəyə qarşı heyranlığa baxmayaraq, indiki hakimiyyət 1993-2003-cü illərdə ölkənin prezidenti olmuş, hazırkı prezident İlham Əliyevin atası Heydər Əliyevi millətin atası olaraq görməyə üstünlük verir.

“İlham Əliyevə görə 1918-1920-ci ildə qurulan ADR-dən daha çox indiki respublika Heydər Əliyevin başçılığı ilə Sovet Azərbaycanının mirası sayılır”,- deyə “Carnegie Europe” təşkilatının Qafqaz üzrə mütəxəssisi Tomas de Vaal “Eurasianet” ə müsahibəsində bildirib.

“Bu, o deməkdir ki, öz Müsavat Partiyası ilə birinci hökumətin demokratiya və hüquq dili bu mirasa uyğun gəlmir”,- o, əlavə edib. (Müsavat Rəsulzadənin siyasi partiyası idi. Bu gün eyni adı daşıyan müxalifət partiyalarından biri özünü bu partiyanın varisi olaraq görür).

Əslində rəsmi Bakı Rəsulzadəni ictimai sferada qalıcı olaraq məhv etməyə çalışır. Son iyirmi il ərzində onun abidələri və heykəlləri götürülüb və şəkli rəsmi valyutadan çıxarılıb.

“Bu gün respublika tarixinin tədrisi hökumətin siyasi yönləndirməsinin birbaşa nəticəsidir”, – Milli Elmlər Akademiyasının birinci respublikanın öyrənilməsi üzrə şöbənin müdiri Nigar Maksvell belə deyir.

“Prezidentdən başlayaraq aşağıya doğru bütün orqanların hər bir bəyanatı ictimai təşkilatların və elmi qurumların istiqamətlərini müəyyən etməyə yönləndirilən bir mesajdır”,- Maksvell “Eurasianet”ə deyib.

Yüzilliyin qeyd olunması üçün çox az sayda rəsmi tədbir var. Bir neçə muzey sərgisi və elmi konfranslar təşkil edilib, lakin bunlar Bakıda təşkil edilən digər tədbirlərin, eləcə də buyaxınlarda keçirilən Formula 1 yarışının kölgəsində qaldı.

Böyük tədbirlərin olmadığı zamanda respublika pərəstişkarları 100 illik yubileyi sosial mediada şəkillərini Respublikanın şərəfinə hazırlanmış xüsusi çərçivəyə daxil etməklə, profil şəkillərini dəyişdirməklə, Respublikanı quran ata-babaları haqqında daha çox məlumatlandırmaq üçün “Facebook” səhifələri qurmaqla və yüzilliyi qeyd etmək üçün könüllü layihələr təşkil etməklə onlayn platformada qeyd edirlər.

Bir qrup vətəndaş cəmiyyəti aktivisti və müxalifət partiyası ReAL-ın üzvləri örtülü, ancaq bugünkü siyasi vəziyyətə aydın istinad edən bir dəvətlə 28 Mayda bir anım tədbiri təşkil edəcək:

“Azadlığa gedən yol asan deyil. Yüz il bundan əvvəl atalarımız bütün maneələrə baxmayaraq bunu bacardı. Sizi tariximizin qürur səhifəsini – respublikamızın 100 illiyini qeyd etməyə çağırırıq”.

Bəzi hökumət tərəfdarları, apreldə keçirilən prezident seçkilərində namizəd olan və öz tərəfdarlarını İlham Əliyevə səs verməyə çağıran Zahid Oruc da daxil olmaqla Rəsulzadə tərəfdarlarından şikayətlənib.

“Nə üçün ilk respublika dövründə Azərbaycanı quran Rəsulzadə hər kəs tərəfindən qəbul olundu, ancaq müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev müxalifət tərəfindən qəbul edilmir və onun şəkillərini öz ofislərində asmırlar?”- Z.Oruc BBC Azərbaycanın seçkidən öncəki müsahibəsində soruşub – “Gəlin bu zehniyyəti dəyişdirək. Əgər Heydər Əliyev modelini qəbul etsələr, bu partiyalar ölkənin gələcək inkişafında iştirak edə bilərlər”.

ReAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirli deyir ki, bu iki düşərgə arasında bir mübarizə var:

“Hökumət bunu [Rəsulzadənin anılmasını] ciddi qəbul edir, çünki müxalifət Rəsulzadəni bir örnək kimi qəbul edir. Əks halda, onlar heç vaxt Əliyevi Rəsulzadənin qarşısında qoymağa çalışmazdılar”.

“Hökumətin son dövrdə İrəvanın və Ermənistanın digər hissələrinin Azərbaycanın “tarixi torpaqları” olması haqqındakı beynəlxalq reaksiyaya səbəb olan ritorikası ilk respublikanı təhqir etmək cəhdinin bir hissəsidir” – Maksvell belə deyir.

“Bugünün Azərbaycanı ilə Azərbaycan Demokratik Respublikası müqayisə edilə bilməz. Çünki o zaman çətinliklər var idi və bizim müstəqilliyimiz Azərbaycana müstəqil siyasət aparmağa imkan vermədi”, – deyə Əliyev yanvar ayındakı çıxışında bildirib. “Bizim iqtisadi çətinliklərimiz, torpaq itkimiz var idi və tarixi şəhərimiz İrəvan Ermənistana verilmişdir”.

“Təəssüf ki, respublika yalnız ildönümündən ildönümünə xatırlanır və bunu həm iqtidarda olan, həm də müxalifətçi siyasi fiqurlar öz siyasi oyunlarında kart kimi istifadə edirlər”, – Maksvell əlavə edir.

Ana səhifəXəbərlərAzərbaycan Cümhuriyyətin 100-cü ilini az sayda pərəstişkarla qeyd edir