“Azərbaycan böyük sazişin hazırlanmasında konstruktiv olaraq iştirak etməyə hazırdır”

Elmar Məmmədyarov: “Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Silahlı Qüvvələrinin iştirakı əsas qeyri-stabillik faktıdır”

Source:


Elmar Məmmədyarov: “Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Silahlı Qüvvələrinin iştirakı əsas qeyri-stabillik faktıdır”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-də ATƏT Nazirlər Şurasının iclasında çıxış edərkən beynəlxalq siyasətdə ikilistandartlar tətbiq edildiyinə, bunun Avropa məkanında sabitliyi təhlükə altına qoyduğuna diqqət çəkib.

“Bu gün ATƏT-də insan hüquq və azadlıqları məsələləri üstünlük təşkil edir, onlara çox vaxt ikili standartlar prizmasından baxılır”, deyən nazir ATƏT-i bundan uzaq olmağa çağırıb.

Onun fikrincə, regional təhlükəsizliyin təmin edilməsində də münaqişələrin tənzimlənməsi üçün təməl olan vahid yanaşmalara ehtiyac var.

Məmmədyarov Qarabağ münaqişəsini misal çəkib, BMT-nin 4 qətnaməsinə və Avropa institutlarının qərarlarına baxmayaraq, Azərbaycanın Ermənistan tərəfindən işğalı davam edir.

Nazir Ermənistanın Qarabağda işğal edilmiş ərazilərdə son hərbi təxribatlarının regionda gərginliyin artmasına gətirib çıxardığına diqqət çəkib.

O xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu təxribatlarla bağlı narahatlıqlarını bildiriblər. Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Silahlı Qüvvələrinin iştirakı əsas qeyri-stabillik faktıdır.

Sonda Məmmədyarov bildirib ki, Azərbaycan Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Fransa prezidenti Fransua Ollandın Parisdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdə təşəbbüsünü irəli sürdüyü böyük siyasi sazişin hazırlanmasında konstruktiv olaraq iştirak etməyə hazırdır.

Ana səhifəXəbərlər“Azərbaycan böyük sazişin hazırlanmasında konstruktiv olaraq iştirak etməyə hazırdır”