Azərbaycan bentoniti rəqabət qabiliyyətini itirib

“Daş Salahlı Bentonit” ASC “Sənaye ili”ndə ciddi problemlə üzləşib

Source:


“Daş Salahlı Bentonit” ASC “Sənaye ili”ndə ciddi problemlə üzləşib

Dəmir yolunda ixrac tariflərinin artması nəticəsində bentonit gili hasilatı və emalı müəssisələrini rentabelsiz edib. Buna qədər də şirkətlərin mənfəəti cüzi olub.

Ötən ilin sonunda ”Azərbaycan Dəmir Yolları” heç bir əsas olmadan ölkə xaricində daşıma xidmətini üçdə bir artırıb. Nəticədə 1 ton bentonitin daşınma xərci 15-dən 22 manata qalxıb. Nəqliyyat xərcləri maya dəyərində 15%-i keçib, deyə “AzRosPromİnvest” Direktorlar Şurasının sədr müavini, “Daş Salahlı Bentonit” ASC-nin İH sədri Arif Rəhimov “Turan İA”-a bildirib: “İndiyəcən ixracdan mənfəət 1 ton üçün 5 manat idisə, indi 1,8 manata azalıb. Başqa xərclər də nəzərə alınanda iş ziyanlı olub”.

Bentonitdən tikinti, kosmetologiya və s sahələrdə istifadə edilir. Onu əsasən Rusiyaya ixrac edirlər. Dünya bazarında Yunanıstan və Hindistan benoniti üstünlük təşkil edir. Arif Rəhimov deyib ki, xərclər artandan və rublun qiyməti düşəndən sonra Azərbaycan bentoniti rəqabət qabiliyyətini itirib.

““Sənaye ili”ndə ciddi problemlə üzləşmişik” deyə o, bildirib.

2012-ci ildə  Azərbaycan 144,6 min ton bentonit və bentonit məhsulu ixrac edib. Onun 1 tonu $79,3-a satılıb. Ötən il ixrac həcmi 86,9 min tona düşüb. Malın müqavilə qiyməti də $2 (2,6%) düşüb. Azərbaycan bentonitini Rusiya  (83996,6 ton, $6131,8) və Belarus (2859,8 ton, $584,8 min) alıb. 2012-2013-cü ildə satışdan valyuta mədaxili $18,2 mln olub.

Ana səhifəXəbərlərAzərbaycan bentoniti rəqabət qabiliyyətini itirib