Azərbaycan Belçikadakı erməni təşkilatının rəhbərini beynəlxalq axtarışa verib

Azərbaycan məhkəməsi Kaspar Karampetyan barəsində həbs qətimkan tədbiri seçib

Source:
Respublika Prokurorluğu
Respublika Prokurorluğu
Respublika Prokurorluğu
Respublika Prokurorluğu


Azərbaycan məhkəməsi Kaspar Karampetyan barəsində həbs qətimkan tədbiri seçib

Baş Prokurorluq Belçika Krallığında fəaliyyət göstərən “Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası”nın rəhbəri Kaspar Karampetyanı beynəlxalq axtarışa verib.

Səbəb onun Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsidir.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb. Bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş şəxslərə qarşı hüquqi tədbirlər davam etdirilir.

“Kaspar Karampetyan 2014-2018-ci illər ərzində Azərbaycanın sərhədini qanunsuz keçib. O, Xankəndi və digər yaşayış məntəqələrinə gedib və qondarma “Dağlıq Qarabağ Respublikası”nı beynəlxalq səviyyədə təbliğ edib. Üstəlik, Azərbaycanın suverenliyinə qarşı, habelə ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələrimiz var”.

Prokurorluqdan bildirilib ki, 20 fevral 2018-ci il tarixdə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib və “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib”.

Baş Prokurorluq bildirir ki, Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünün pozulması hallarına yol verilməməsi, eləcə də vətəndaşlarının hüquq və qanuni maraqlarını qorumaq məqsədilə bu kimi qanunazidd fəaliyyətə cəlb edilmiş şəxslərə qarşı zəruri və qəti addımlarını bundan sonra da atacaq.

Azərbaycan sərhədlərini qanunsuz keçməkdə, Qarabağa onun rəsmi icazəsi olmadan getməkdə suçladığı əcnəbiləri “qara siyahı”ya salır.

Hazırki vəziyətə görə, ümumilikdə Azərbaycan XİN-in “arzuolunmaz şəxslər

siyahı

sına” 708 nəfər daxil edilib.

2011-ci ildə bir neçə dövlətin vətəndaşlığını daşıyan bloger Aleksandr Lapşin Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinə səfər etdiyinə görə, 2016-cı ilin dekabrında Minskdə həbs edilərək Bakıya təhvil verilmişdi. O, 3 il müddətinə azadlıqdan nəhrum edilmişdi. 2017-ci il sentyabrın 11-də Azərbaycan prezidenti onu əfv etdi. Əfv olunandan sonra İsrailə gedən A.Lapşin Azərbaycan hakimiyyətini sərt tənqid etdi və həbsxanada işgəncəyə məruz qaldığını bildirdi.

Azərbaycan hakimiyyətinin rəsmiləri blogerin iddialarına reaksiya verməyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər Ermənistan tərəfindən işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ana səhifəXəbərlərAzərbaycan Belçikadakı erməni təşkilatının rəhbərini beynəlxalq axtarışa verib