“Azərbaycan bazarında manat ən doğru seçimdir”

Avni Dəmirçi: “Dollar bəlkə 2 manata bərabər olar, amma tədricən bazar yeni məzənnəni qəbul edəcək, hər şey sabitləşəcək”

Source:

Avni Dəmirçi: “Dollar bəlkə 2 manata bərabər olar, amma tədricən bazar yeni məzənnəni qəbul edəcək, hər şey sabitləşəcək”

“Bundan sonra devalvasiya olsa belə, hesab edirik ki, Azərbaycan bazarında manat ən doğru seçimdir”. Bu sözləri Fins.az saytına müsahibəsində “ZıraatBank Azərbaycan”ın İdarə Heyətinin sədri Avni Dəmirçi deyib. “Azərbaycanda növbəti devalvasiyanın olacağı barədə söz-söhbətlər gəzir, bu rəsmi səviyyədə olmasa da,hər halda istisna edilmir. Bank risklərini minimuma endirmək üçün hansı qabaqlayıcı addımlar atır” sualını cavablandıran Avni Dəmirçi bildirib ki, bazar yeni məzənnəni qəbul edəcək: “Təbii ki, biz istənilən ssenariyə uyğun planlarımıza qururuq, hər həftə riskləri qiymətləndiririk və kredit verərkən lazımi addımlar atırıq. Azərbaycan uzun müddət sabit milli valyutaya malik oldu, yalnız bu il manatın məzənnəsi 34% zəiflədi. Tələbatdan asılı olaraq, məzənnə ilə bağlı vəziyyət dəyişə bilər, dollar bəlkə 2 manata bərabər olar, amma tədricən bazar yeni məzənnəni qəbul edəcək, hər şey sabitləşəcək. Bizim üçün əsas odur ki, müştərilərimiz götürdükləri kreditləri vaxtında, çətinlik çəkmədən ödəsinlər. Çünki ödənişlərdə gecikmə olması bank üçün ciddi problemdir”.

Ana səhifəXəbərlər“Azərbaycan bazarında manat ən doğru seçimdir”