Azərbaycan Bakı-Kiyev və Bakı-Həştərxan reyslərini ləğv edib

Mənbə: https://www.azal.az/

Ukraynanın hava məkanı mülki təyyarələr üçün bağlanıb

Azərbaycanın aşağıbüdcəli “Buta Airways” hava şirkəti Bakı-Kiyev və Bakı-Həştərxan reyslərini ləğv edib.

Ukrayna Hava Yolları isə Bakı-Kiyev reysinin təyyarəsini Moldovanın paytaxtı Kişinyova endirib.

Müharibə ilə əlaqədar Ukraynanın hava məkanı mülki təyyarələr üçün bağlanıb.

“Flight Radar” saytından görmək olur ki, hazırda Ukraynanın hava məkanı boşdur.

Mənbə: Flight Radar 

Ukraynaya olan və bu ölkədən digər yerlərə olan bütün reyslər ləğv edilib.

Eyni zamanda, Rusiyanın cənub regionunda olan Rostov (Platov), Krasnodar (Paşkovski), Anapa (Vityazevo), Gelencik, Elista, Stavropol, Belqorod, Bryansk, Orel, Kursk, Voronej, Həştərxan aeroportları da fəaliyyətini dayandırıb.

Hazırda Moskva istiqamətində olan aviareyslər Qazaxstanın hava məkanına daxil olaraq davam edir.

Ana səhifəSiyasətAzərbaycan Bakı-Kiyev və Bakı-Həştərxan reyslərini ləğv edib