Azərbaycan ”azad olmayan” ölkələr sırasındadır

“Freedom House” dünyada demokratiyanın geri çəkildiyini bildirib

Source:
Siyasi məhbus Murad Ədilov aksiyaların birində saxlanılarkən
Siyasi məhbus Murad Ədilov aksiyaların birində saxlanılarkən


“Freedom House” dünyada demokratiyanın geri çəkildiyini bildirib

Azərbaycan 49 ölkənin də aid edildiyi “azad olmayan” ölkələr sırasındadır.

Azadlıq radiosunun xəbərinə görə, bu barədə mənzil-qəragahı ABŞ-da yerləşən “Freedom House” təşkilatının “2018-ci ildə Dünyada Azadlıq”

hesabatında

deyilir.

Azərbaycanla birlikdə Əfqanıstan, Belarus, İran, Qazaxıstan, Rusiya, Tacikistan da azad olmayan ölkələr kateqoriyasındadır.

“Azad olmayan” ölkələr kateqoriyasında 12 ölkə – Suriya, Cənubi Sudan, Eritreya, Şimali Koreya, Türkmənistan, Ekvatorial Qvineya, Səudiyyə Ərəbistanı, Somali, Özbəkistan, Sudan, Mərkəzi Afrika Respublikası və Liviya – “pisin-pisi” kimi damğalanıb.

Azərbaycanın iki qonşusu – Ermənistan və Gürcüstan, Bosniya-Herseqovina, Kosovo, Qırğızıstan, Makedoniya, Moldova, Monteneqro (Çernoqoriya), Pakistan və Ukrayna ilə yanaşı qismən azad ölkələr kateqoriyasına daxil olub.

Dövlət statusu olmayan ərazilər arasında Dağlıq Qarabağ da var və o qismən azad kateqoriyasında qalır.

Hesabatda təhlil edilmiş 196 ölkədən 88-i azad, 58-i isə qismən azad kateqoriyasındadır.

Hesabatda ümumilikdə qeyd edilib ki, demokratiya qlobal miqyasda hücumlara məruz qalaraq geri çəkilməli olur.

Təşkilat bunu əsas etibarilə Amerikada demokratik standartların sürətlə aşılanması nəticəsində yaranmış böhranla izah edir.

Sənəddə qeyd olunur ki, aparıcı demokratiyaların geri çəkilməsindən fürsətlənən Rusiya və Çin repressiyalarını nəinki artırır, hətta özlərinin mənfi təsirlərini başqa ölkələrin üzərinə köçürürlər.

Hesabatda bildirilir ki, avtokratik rejimlər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün hətta öz sərhədlərindən uzaqlardakı debatları boğmağa, dissidentləri təqib etməyə, dünya təsisatlarını sarsıtmağa çalışırlar.

Ana səhifəXəbərlərAzərbaycan ”azad olmayan” ölkələr sırasındadır