Azərbaycan avrokubokların finalından imtina edir

“Çempionlar Liqasının və Avropa Liqasının finalını keçirməyə iddia edə bilərik. Amma bu, gələcəkdə ola bilər”

Source:


“Çempionlar Liqasının və Avropa Liqasının finalını keçirməyə iddia edə bilərik. Amma bu, gələcəkdə ola bilər”

Bakı Olimpiya stadionu 2017-ci ildə avrokubokların final qarşılaşmasını keçirmək üçün namizədliyini verməyəcək.

Komanda.az xəbər verir ki, bu məlumatı AFFA-nın baş katibi Elxan Məmmədov verib. Məmmədov bildirib ki, belə qərara Bakıda keçiriləcək turnirlərin sıxlığına görə gəliblər:

“Belə stadiona sahib olmaqla, biz Çempionlar Liqasının və Avropa Liqasının finalını keçirməyə iddia edə bilərik. Amma bu, gələcəkdə ola bilər. Hazırda bizdə sıx tədbirlər planı var. Bakıda gənclər arasında AÇ-2016, Formula-1, İslam Ölkələrinin Həmrəylik Oyunları keçiriləcək.

Ona görə də, avrokubokların finalını qəbul etmək planlarımıza daxil deyil. İstəmirik ki, belə böyük turnirlər bir-birinə mane olsun. Avrokubokların final qarşılaşmasını təşkil etmək olduqca böyük tədbirdi. Bu, böyük qüvvə tələb edir”.

UEFA 29-30 iyunda Praqada keçiriləcək iclasında 2017-ci ildə baş tutacaq Çempionlar Liqası və Avropa Liqasının final qarşılaşmalarını qəbul edəcək şəhərləri müəyyənləşdirəcək.

Ana səhifəXəbərlərAzərbaycan avrokubokların finalından imtina edir