Azərbaycan almasını Ermənistana idxal edənlər tapılıb

“Hazırda bu şəxslərlə əlaqəsi olan digərləri barədə də araşdırma aparılır”

Source:
DAD almaları Ermənistanda
DAD almaları Ermənistanda


“Hazırda bu şəxslərlə əlaqəsi olan digərləri barədə də araşdırma aparılır”

“Ermənistan bazarlarında aşkar edilən Azərbaycan almaları qeyri-qanuni yolla idxal olunub və hazırda bu əməldə iştirak edənlərə qarşı ölçülər götürülür”.

Azadlıq Radiosunu məlumatına görə, Ermənistanın Milli Təhlükəsizlik Xidməti belə bir məlumat yayıb.

Ermənistan bazarlarında Azərbaycan almalarının satılması barədə məlumatlar bir neçə gün öncə sosial şəbəkələrdə yayılıb. Aprelin 23-dən başlayaraq Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti üç gün ölkə bazarlarında genişmiqyaslı yoxlamalar aparıb. Yoxlama zamanı Azərbaycanda yetişdirilmiş almaların satışı ilə bağlı bir sıra hallar aşkarlanıb. Bəlli olub ki, bu almalar həm paytaxt Yerevan və ölkənin, azı, beş vilayətinin iri və xırda bazarlarında, həm də meyvə-tərəvəz dükanlarında satılır.

Radionun Erməni xidmətinin sualına cavabında MTX bildirib ki, Ermənistana qaçaqmalçılıq yolu ilə Azərbaycan almalarının gətirilməsində müvafiq strukturların rəsmi əməkdaşlarının əlinin olub-olmaması ehtimalını da araşdırır:

“Bu tədbirlər nəticəsində, qeyri-qanuni idxalı həyata keçirdiyi güman olunan şəxslər barədə məlumatlar əldə olunub. Hazırda bu şəxslərlə əlaqəsi olan digərləri barədə də araşdırma aparılır. İşin bütün təfərrüatlarını üzə çıxarmağa çalışırıq”.

Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanla Ermənistan arasında iqtisadi və diplomatik əlaqələr yoxdur.

Ana səhifəXəbərlərAzərbaycan almasını Ermənistana idxal edənlər tapılıb