Azərbaycanda iki ailədən biri yayı kondisionersiz keçirir

Kondisioner. Mənbə: texnomart.az

Bakı Araşdırmalar İnstitutu: “Hələ də televizordan çox istifadə edilir”

Azərbaycan ailələrinin məişətdə daha çox hansı texnikalardan, nəqliyyat vasitələrindən istifadə etməsi ilə bağlı araşdırma aparılıb. Həmçinin həmin məlumatda ailələrdə hansı məişət texnikasının çatışmadığı da qeyd edilib.

Bakı Araşdırmalar İnstitutunun (“Baku Research Institute”) hər 100 ailədə hansı məişət texnikasının olması ilə bağlı sorğusundan məlum olub ki, zamanla mobil telefon və komputer istifadəçilərinin sayı artsa da, hələ də ailələrdə televizordan çox istifadə edilir. Beləliklə, hər 100 ailə təsərrüfatının payına 111 ədəd televizor düşür.

Lakin son 5 ildə mobil telefon istifadəçilərinin sayı hər 100 ailə təsərrüfatı hesabı ilə 240-dan 196-ya düşüb.

Eyni hal komputerlərdə də qeydə alınıb – 30-dan 18-ə enib. Əvvəllər hər 100 ailədə 4 videokamera vardısa, indi bu say hardasa 2-3 ədəddir.

Kondisionerlərin sayına gəlincə, 100 ailəyə təxminən 50 ədəd düşür. Yəni hər ikinci ev təsərrüfatı yayı kondisionersiz keçirir.

Bundan əlavə, hər 100 ailəyə təxmini 17 ədəd komputer, 25 ədəd noutbuk düşür.

Məişət texnikasına gəlincə, hər 100 ailədən 83-də paltaryuyan maşın var. Qalan 17 ailə paltarları əllə yumalı olur. Hər 100 təsərrüfatda 111 soyuducu, 94 tozsoran, 20 tikiş maşını, 40 avtomobil, 3 velosiped, hardasa 2-3 qabyuyan maşın var. Motosiklet ümumi sayda təxminən 1 ədəddir.

Son 5 ildə komputer, noutbuk, telefon, videokamera və motosiklet sayında azalma qeydə alınıb.

Kondisioner, paltaryuyan maşın, tozsoran, avtomobil və velosiped sayında isə artım müşahidə edilib.

Ana səhifəSosialAzərbaycanda iki ailədən biri yayı kondisionersiz keçirir