Hüquqların məhdudlaşdırılmasına görə Azərbaycan AŞ-da birinci yerdədir
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2022-ci ilin yekunları ilə bağlı statistik məlumatlar açıqlayıb.
Məlumatdan görünür ki, hazırda AİHM-də 74 min 650 ərizə baxılmasını gözləyir.
2021-ci ilin sonunda bu göstərici 70 min olub.
Rusiyanın Avropa Şurasından çıxarılmasından sonra ən çox şikayət daxil olan ölkələr arasında Türkiyə birinci sıraya keçib.
AİHM-də baxılmasını gözləyən şikayətlərin 20 min 110-u Türkiyə ilə bağlıdır. Bu, məhkəmənin ümumi iş yükünün 26,9 faizi deməkdir.
Baxılmasını gözləyən ərizə sayı baxımından 16 min 750 ərizə ilə 2-ci yerdə Rusiyadır.
3-cü yerdə Ukrayna (10 min 400), 4-cü yerdə Rumıniya (4 min 800), 5-ci yerdə İtaliya (3 min 550) gəlir.
Bu 5 ölkədən daxil olan ərizələr AİHM-in ümumi iş yükünün 74 faizinə bərabərdir.
6-cı Yunanıstandan 2 min 800, 7-ci Polşadan 2 min 450, 8-ci Azərbaycandan 2 min 170 ərizə baxılmasını gözləyir.
2020-ci ildə Azərbaycandan göndərilmiş 2040, 2021-ci ildə 2092 ərizə baxılmasını gözləyirdi.
Həmin ərizələrdən 2170-nin 1513-ü ilkin araşdırma gözləyir. Qalan 619-u hökumətlə kommunikasiya mərhələsindədir. Yerdə qalan ərizələrə palata və ya tək hakım tərəfindən baxılır.
Siyahının sonunda Lixtenşteyn (0 şikayət), Andorra (5) və İrlandiya (10) gəlir.
AİHM 2022-ci ildə 47 dövlətə qarşı ümumilikdə 1163 qərar qəbul edib. Son 12 ildə bu, ən yüksək göstərici olub.
Keçən il ən çox qərar Rusiyaya qarşı çıxarılıb: 384 qərar.
Ukraynaya qarşı 144, Rumıniyaya qarşı 81, Türkiyəyə qarşı isə 80 qərar elan edilib.
AİHM 2022-ci ildə ən çox azadlıq və toxunulmazlıq hüququnun pozulmasına qərar verib: 407 qərar.
Ən çox pozulan digər hüquq işgəncəyə məruz qalmamaq hüququdur: 403 qərar.
AİHM 346 qərarında ədalətli məhkəmə araşdırması, 237 qərarında effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusuna qərar verib.
AİHM 2022-ci ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 23 qərar qəbul edib, həmin qərarların 22-də iddia edilən pozuntuların əksəriyyəti tanınıb.
2022-ci ildə Azərbaycana münasibətdə ən çox azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb – 9 qərar. 7 işdə ədalətli məhkəmə araşdırması, 3 işdə mülkiyyət, 2 işdə şəxsi həyata hörmət, 2 işdə birləşmək, 1 işdə işgəncənin yolverilməzliyi, 1 işdə yaşamaq hüququnun pozulmasına qərar verilib.
AİHM indiyə qədər Azərbaycanla bağlı mahiyyəti üzrə ümumilikdə 274 qərar qəbul edib.
Həmin qərarların yalnız 3-də pozuntu tapılmayıb.
AİHM indiyə qədər Azərb aycana münasibətdə ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib: 126 qərar.
Azadlıq və toxunulmazlıq hüququnun pozuntusu 96 vərarda tanınıb. 57 işdə işgəncəyə məruz qalmamaq, 47 işdə mülkiyyət, 43 işdə isə birləşmək hüququnun pozuntusu tanınıb.
AİHM seçki hüququnun pozuntusunu ən çox Azərbaycan qarşı işlərdə tanıyıb: 25 qərar.
Konvensiyanın 18-ci maddəsinin pozuntusu kateqoriyasında da Azərbaycan AŞ ölkələri arasında 1-cidir.