”Azərbaycan 40 dollarlıq neft qiymətindən itirir”

İlham Şaban: ”Qiymətin artmasına təsir edən real bir şey yoxdur”

Source:
İlham Şaban


İlham Şaban: ”Qiymətin artmasına təsir edən real bir şey yoxdur”

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar artaraq 38,32 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,14 dollar azalaraq 40,93 dollar olub (APA).

Mövcud qiyməti Meydan TV-yə şərh edən neft sahəsi üzrə mütəxəssis İlham Şaban bildirib ki, qiyməti artıran amil OPEC və qeyri-OPEC ölkələri arasındakı toplantı və bununla bağlı bəyanatlardır. Bu bəyanatlar neftin qiymətini süni surətdə artırır. Çünki bazarda yenə də tələb təklifi üstələyir. Yəni neftin qiymətinin artmasına təsir edən real bir şey yoxdur. Ona görə də Amerika Enerji Agentliyi neftin qiymətinin cari il üçün hələ də aşağı olacağı barədə dünən açıqlama verib. Agentlik qiyməti 37-dən 34 dollara qədər aşağı salıb, bədbin proqnozdur.

Ekspert ilin sonuna qədər neftin qiymətinin artacağını düşünür: “İnandığım bp-nin açıqlamasına görə, sentyabrdan sonra neftin qiymətində artım başlayacaq və nəticədə qiymət 50 dollar civarına yüksələcək: “Mən şirkətin proqnozunu bölüşürəm”.

O,  Azərbaycanın 40 dollarlıq neft qiymətindən itirdiyini hesab edir: “Çünki 2015-ci ildə Azərbaycanın ixrac neftinin orta qiyməti 53 dollar olmuşdu. Əgər ötən il Dövlət Neft Fonduna 7,1 milyard dollar gəlir gəlmişdirsə, bu il təqribən bu rəqəm 5 milyard civarında olacaq. Azalmadakı fərqi görürsünüzmü?!”.

“Azərbaycanın neft gəlirlərindən gələn maksimum dövr 2011-ci il olub, bu pik dövr adlanır, 19,9 milyard dollar gəlirdən söhbət gedir. Bu ilə gəldikdə isə, əgər  orta qiymət 40 dollar olsa, gəlir hardasa 5 milyard olacaq”-deyə Şaban fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlər”Azərbaycan 40 dollarlıq neft qiymətindən itirir”