Azərbaycan: 2014-cü ilin vacib iqtisadi hadisələri

Böyük mənada iqtisadi rəqabətli mühit siyasi rəqabət sistemi bərpa olunmadan mümkün deyil. Söz, toplantı azadlığına qarşı yönələn indiki proseslər və hüquq müdafiəçilərinə hücumlar iqtisadi nöqteyi-nəzərdən elə də zərərsiz deyil

Source:


Böyük mənada iqtisadi rəqabətli mühit siyasi rəqabət sistemi bərpa olunmadan mümkün deyil. Söz, toplantı azadlığına qarşı yönələn indiki proseslər və hüquq müdafiəçilərinə hücumlar iqtisadi nöqteyi-nəzərdən elə də zərərsiz deyil


Azərbaycan iqtisadiyyatı 2014-cü ildə bir çox bəzən zidd tendensiyaların təsiri altında inkişaf edib.


29.01 –


ВР


 “


Qərbi Çıraq





 yatağını işləməyə başlayıb


12.02 – Sumqayıt Kimya Parkı üçün investisiya proqramı hazırlanıb


26.02





3-cü regional inkişaf proqramı imzalanıb


03


03 –


Prezident İlham Əliyev





Sahibkarlığın inkişafı üzrə əlavə tədbirlər haqqında





 fərman imzalayıb


16.03 –


Dünya Bankı irriqasiya layihələrinə dəstək layihəsini (


WUAP


) təsdiq edib


24.05  –


ARDN


Ş


v


ə «


Rosneft


»


Moskvada karbohidrogenlərin işlənmıəsi, istismarı və satışı üzrə BM yaradılması barədə saziş imzalayıb.


– SOCAR Trading Turkey 23


maliyyə institutu ilə Star NEZ layihəsi üçün


$3,9


mlrd dollar məbləğində saziş imzalayıb.


07.06  –


 Prezident İlham Əliyev kənd təsərrüfatına kömək üçün iki sərəncam imzalayıb.


25.07 –


ARDNF


“Cənub Qaz Dəhlizi”


QSC-nin


 $1


mlrd


 246


mln


 355


min məbləğində istiqrazlarının ikinci emissiyasını tam alıb.


04.08  – 2014-2015


-ci illərdə sosial-iqtisadi inkişaf və sosial-əmək münasibətləri üzrə Baş saziş imzalanıb.


20.09



Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə


TANAP üzrə saziş imzalanıb


22.09 –


İlham Əliyev Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Limanının birinci növbəsini açıb

29.10 –

AMB


ipoteka kreditləşməsinin yeni inkişaf strategiyasını hökumətə təqdim edib


05.11  – 2014-2020


-ci illərdə pensiya sisteminin islahat konsepsiyası təsdiq edilib


22.12 –ARDNŞ və


BP


PSA tipli kəşfiyyat sazişi imzalayıb


30.12 – Parlament Vergi Məcəlləsinə düzəlişləri və banklarda depozit faizinə


10


% vergi tətbiqini təsdiq edib


2014


-cü ilin iqtisadi xülasəsi

Azərbaycan iqtisadiyyatı 2014-cü ildə bir çox bəzən zidd tendensiyaların təsiri altında inkişaf edib. Hökumət neft-qaz sektorunun inkişafına diqqətini davam etdirib. Bu il «Şahdəniz -2» və TANAP boru kəməri layihəsinin tikintisinə başlamaq üzrə bütün əsas sazişlər bağlanılıb, ТАР üzrə konsorsiumun əsas iştirakçıları müəyyən edilib. Burda hər şey alınıb və belə görünürdü ki, iqtisadi il uğurludur.

Bir il əvvəl başlayan yenidən sənayeləşmə siyasəti sürətlənib. 2013-cü ildə start götürən 4 sənaye parkının yaradılması bu məqsədi güdürdü. 2014-cü ildə bir sıra infrastruktur layihələri üzrə işlər başa çatıb.

Neft dolları iqtisadiyyata dəstək verib, eyni zamanda, onun israfçılığını gücləndirib. Bu, xərclərin artması, əmək məhsuldarlığının düşməsi və korrupsiya risklərinin artmasında təzahür edib. Netto-kreditora çevrilən dövlət hesab edirdi ki, xarici investisiyalar olmadan keçinə bilər. Əmin idi ki, güclü mərkəzləşmiş, idarə edilən dövlət sektoru və dövlətə yaxın iqtisadi strukturlar vəziyyəti xilas edə bilər. İqtisadiyyatın israfçı xarakterinin daha bir nəticəsi o oldu ki, on illik infrastruktur bumunda dövlət-özəl tərəfdaşlığı üzrə bir model belə olmadı. Bütün uğurlara baxmayaraq, iqtisadiyyat yerişini itirməyə başladı.

Ən xoşagəlməz tendensiya neft sektorunda artım tempinin azalması oldu – 11 ayda o, 6,5%-dək azaldı (ötən ilin yekununda 9,6% idi). Bu, birmənalı şəkildə göstərirdi ki, mövcud iqtisadi inkişaf paradiqmaları şəraitində qeyri-neft sektorunun artımının da hüdudu var, hərçənd hesab edilirdi ki, məhz o, neft hasilatının azalmasını kompensasiya etməlidir. Digər vacib makroiqtisadi göstəricilərin artım tempi də azalıb. Məsələn, 11 ayda investisiyaların artım tempi 0,3%-ə düşüb, 2013-cü ildə isə 14,8% artım vardı. Son illər ilk dəfə yayda aqrar sektorda kəskin azalma oldu (5%). Bunun bir sıra institusional səbəbləri də vardı. Məhz bu yay Azərbaycanın aqrar sektoru üçün Rusiya aqrar bazarı açılanda məlum oldu ki, Azərbaycan ərzaq təhlükəsizliyi proqramına tam əməl etməyib, hələ ərzaq idxal edir. İlin sonunda buna bir mühüm şey də əlavə olundu – rublun qiymətinin kəskin düşməsi ixracatçıları qorxutdu. Bunlar ixracatdan mənfəəti möhkəmlənməyə qoymadı. Nəticədə Rusiyaya kənd təsərrüfatı məhsulları ixracatı bu il 40% azaldı

Ölkə prezidentinin aqrar sahənin idarə edilməsinin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi, o cümlədən aqrar parklar yaradılması  barədə fərmanı buna reaksiya oldu. Bu il regionların inkişafı üzrə 3-cü proqram qəbul edilib.

Dekabrda prezident 2015-2025-ci illərdə sənayenin inkişafı üzrə dövlət proqramını imzaladı. Nəticədə kiçik və orta biznes iri iqtisadi qruplar və holdinqlərlə birgə yenidən sənayeləşməyə qoşula bilər.

Sabit makroiqtisadi fon yeni sənaye siyasətinə əlverişli şərait yaratmalı idi. 11ayda inflyasiya 1,5% olub. AMB manatın məzənnəsini 0.7844 – 0,7845 manat səviyyəsində saxlayıb. AMB-nın valyuta ehtiyatları təxminən 15 mlrd dollar təşkil edib. AMB-nin kifayət qədər mühafizəkar siyasəti ona aparırdı ki, orta bank dərəcələri yavaş-yavaş azalırdı, real dərəcələr isə il ərzində AMB-nin təkrar maliyyələşdirmə dərəcələrinin ardıcıl azalmasına baxmayaraq, yüksək qalırdı. Yeni il ərəfəsində ölkə prezidenti bank sisteminə kredit qiymətini 3-4 faiz azaltmaq və AMB-nin təkrar maliyyələşdirmə dərəcəsi ilə bankların real dərəcələri arasında fərqi azaltmaq göstərişi verdi.

Daha bir gözlənilməzlik bu günlərdə, neftin qiyməti kəskin azalmağa başlayanda oldu: yayın ortasında  bir barreli 115 dollara olan neftin bir barreli dekabrda 60 dollara qədər düşdü.

İlin əvvəlinə bəlli oldu ki, bu, Azərbaycan üçün kifayət qədər ciddi çağırışdı. Azərbaycanın 2015-ci il üçün büdcəsində neftin bir barreli 90 dollardan götürülüb. Əlbəttə, Azərbaycan bir sıra neqativ faktorların toplandığı Rusiyada olduğu kimi «ideal fırtına» zolağına düşmədi. Ancaq müəyyən dərəcədə situasiya yenə də oxşardır: iqtisadiyyat həmişə qaçılmaz olan qərarların ləngiməsinə görə qisas alır. Neft gəlirlərinin azalması şəraitində hansısa investisiya proqramlarını azaltmaq lazım olacaq. Görünür, iki mininci illərin ortasında formalaşan inkişaf institutlarına yenidən baxmaq zərurəti yaranacaq. Təsadüfi deyil ki, ölkə prezidenti Azərbaycan İnvestsiya Şirkətinin cəlb edilən xarici investorların yaratdığı şirkətlərin nizamnamə kapitalında iştirakını təmin etməklə bağlı sərəncam verib. Burda dolayısı ilə etiraf olunur ki, ölkəyə fəal şəkildə xarici kapital cəlb edilməlidir. Yalnız milli kapitala üstünlük verilməsi bu gün zəiflik kimi görünür.

MDB ölkələrində, o cümlədən Azərbaycanda korrupsiya ilə mübarizə indi daha çox iqtisadi zərurətlə diktə edilir. Başa çatmaqda olan ildə hökumətin əsas qürur mənbəyi məişət korrupsiyasının meydanını nəzərə çarpacaq dərəcədə daraldan ASAN xidmətin genişlənən fəaliyyəti olub. Baş Prokurorluqda Korrupsiya ilə Mübarizə Departamenti nəzərə çarpacaq dərəcədə gücləndirilib, onun rəhbəri isə baş prokurorun müavini təyin edilib. Ancaq bütövlükdə korrupsiya ilə mübarizə iqtisadiyyatda ciddi institusional, o cümlədən qanunvericilik səviyyəsində dəyişikliklər tələb edirdi.

İqtisadiyyyatdan əsas hadisələrin ekspess-qiymətləndirməsini siyasiləşdirmək niyyəti olmadan qeyd edək ki, proporsional seçki sisteminə qayıtmaq kimi bəzi siyasi ideyalar iqtisadiyyatdan uzaq görünmür.

Böyük mənada iqtisadi rəqabətli mühit siyasi rəqabət sistemi bərpa olunmadan mümkün deyil. Söz, toplantı azadlığına qarşı yönələn indiki proseslər və hüquq müdafiəçilərinə hücumlar iqtisadi nöqteyi-nəzərdən elə də zərərsiz deyil.

Belə şeylər istənilən xarici investora olduqca ayıldıcı təsir göstərir.

İndiyə qədər hökumət iqtisadiyyatda baş verən proseslərə operativ reaksiya rejimində işləyib.

Görünür, hökumət 2015-ci ildə iqtisadiyyatda qabaqlayıcı və dərin islahalatlara başlamaq olacaq.

Ana səhifəXəbərlərAzərbaycan: 2014-cü ilin vacib iqtisadi hadisələri