“Vaşinqton və Bakı arasında hansısa gizli kompromisin, gələcək siyasi perspektivin, məsələn, Əliyevin növbəti dövrdə islahatçı kurs həyata keçirməsinin – amma öz şərtləri ilə – ictimai təzyiq olmadan – göstəricisi ola bilər”
2014-cü il vətəndaş cəmiyyətinin boğulması ilə əlamətdar olub
1. Hüquq müdafiəçilərinin və jurnalistlərin həbsləri
2. Azərbaycanda xarici donorların və QHT-lərin fəaliyyətinə qanunvericilik məhdudiyyətlərinin tətbiq edilməsi
3. Qanunvericiliyə jurnalistlərin və blogerlərin məsuliyyətinin artırılması haqqında dəyişikliklərin edilməsi
4. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Azərbaycana səfəri zamanı Aİ və Azərbaycan arasında strateji müasirləşmə haqqında sazişin anons edilməsi
5. İyul-avqust aylarında Ermənistan-Azərbaycan münaqişəsi zonasında hərbi gərginliyin artması
6. Azərbaycan-Amerika münasibətlərində gərginlik
7. Azərbaycanın AŞ Nazirlər Şurasında sədrliyi
8. AR Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadrlar böhranı haqqında etirafı
9. Hökumətin, hüquq müdafiəçilərinin və Avropa Şurasının iştirakı ilə insan hüquqları üzrə üçtərəfli komissiyanın yaradılması
10. Prezident Administrasiyası və siyasi partiyalar arasında siyasi məsləhətləşmələrin başlaması
2014-cü ilin yekunu
2014-cü il Azərbaycanda vətəndaş cəmiyyətinə kütləvi təzyiqlə əlamətdar olub, bu, qeyri-hökumət sektorunun məşhur xadimlərinin həbsində, QHT-lər, KİV haqqında qanunların sərtləşdirilməsində, xarici donorların ölkədən çıxarılmasında özünü göstərib.
Hökumət rəqiblərə qarşı açıq-aşkar repressiyalar həyata keçirərək, Qərbə qətiyyətini və son 20 il ərzində ardıcıl olaraq həyata keçirilən demokratik azadlıqların pozulması kursunun dəyişməzliyini nümayiş etdirib. Bu siyasətin nümayişkənarə olduğunu bir fakt göstərir ki, 2014-cü il Azərbaycanın AŞ Nazirlər Şurasında sədrliyi dövrü olub. Qərb bundan siyasi məhbusların azad edilməsi və siyasi azadlıqların genişləndirilməsi kimi məsələlərin həllində bundan xüsusi olaraq istifadə etməyə çalışıb. Buna cavabda bilavasitə siyasi məhbuslar mövzusu ilə məşğul olan fəallar – Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov və digərləri açıq-aşkar həbslərə məruz qalıb.
Rejim ilin repressiv yekunlarını “Azadlıq” radiosunun aparıcısı Xədicə İsmayılovanın həbsi və ABŞ Konqresi tərəfindən maliyyələşdirilən bu radionun Bakı nümayəndəliyində axtarışlarla möhkəmləndirib. Bununla da Birləşmiş Ştatlar yüksək vəzifəli Azərbaycan məmurlarının və KİV-in əsas tənqid obyektlərindən biri kimi bu kursun düşünülmüş və dəyişməz olduğu haqqında yeni il öncəsi açıqca alıb.
Maraqlıdır ki, vətəndaş sektoruna qarşı repressiyalar siyasəti Qərbin qeyri-adekvat səssiz razılığı altında həyata keçirilib. Qərb İlham Əliyevin Prezident Administrasiyasının ünvanına cüzi iradlarla yaxasını qurtarıb ki, bunu da bu siyasətin həyata keçirilməsinə razılıq kimi qiymətləndirmək olar. Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən dərhal sonra ABŞ-ın da dəstəyi ilə başlamış şəxsi hakimiyyətinin güclənməsinin 2014-cü ilin yekunlarına görə pik həddə çatdığı faktdır.
Bu, Vaşinqton və Bakı arasında hansısa gizli kompromisin, gələcək siyasi perspektivin, məsələn, Əliyevin növbəti dövrdə islahatçı kurs həyata keçirməsinin – amma öz şərtləri ilə – ictimai təzyiq olmadan – göstəricisi ola bilər. Avropa İttifaqında belə bir kursu strateji müasirləşmə adlandırıblar ki, bu haqda 2015-ci ildə saziş imzalamağı vəd edirlər.
“Müasirləşdirmə” həyata keçirilməsi ehtimalının ilk işarələri ilin sonlarında səslənib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin payızda kadr böhranını etiraf etməsini, insan hüquqları və siyasi məhbuslar üzrə üçtərəfli işçi qrup yaradılmasını, siyasi partiyalar və Prezident Administrasiyası arasında məsləhətləşmələr başlamasını bu işarələrə aid etmək olar. Hakimiyyətin ziddiyyətli görünən bu addımlar Əliyevin həyata keçirdiyi kursa bəraət qazandırmasına və bütün qüvvələrin onun rəhbərliyi haqqında milli maraqlar naminə əməkdaşlığı haqqında çağırışla çıxış etməsinə əsas verir.
Bunun üçün 2014-cü ilin gərgin dövrlərində – iyul-avqust aylarında silahlı qarşıdurmalar, ermənilərə məxsus döyüş helikopterinin məhv edilməsi və beynəlxalq ictimaiyyətin Qarabağ münaqişəsi probleminə ədalətsiz münasibətində özünü göstərən erməni təhlükəsi əsas ola bilər.
“Yeni siyasət” üçün köməkçi arqumentlər neft hasilatının düşməsi və neft qiymətlərinin ucuzlaşması haqqında məlumatlar ola bilər. Onlar gələn il iqtisadiyyatın müxtəlifləşdirilməsini sürətləndirilməsi üçün əlavə məcburedici stimul ola bilər. Beləliklə, qeyri-neft iqtisadiyyatının yaradılması da məhdud şəkildə olsa belə, müəyyən liberallaşma zərurəti diqtə edəcək.