Azərbaycan 1307 nəfər koronavirusa yoluxub

Eyni zamandan, son sutkada 11649, hazırkı dövrədək isə 3206917 testin aparıldığı göstərilib.

Source: Meydan TV


27 nəfərin öldüyü bildirilir

Aprelin 27-də Azərbaycanda 1307 adam COVID-19 infeksiyasına yoluxub, 2383 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargah analiz nümunələri müsbət çıxan 27 nəfərin vəfat etdiyini açıqlayıb.

Qərargah Azərbaycanda indiyədək 315119 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 282786 nəfər müalicə olunaraq sağalıb, 4429 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 27904 nəfərdir".

Eyni zamandan, son sutkada 11649, hazırkı dövrədək isə 3206917 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycan 1307 nəfər koronavirusa yoluxub