Güləşçilərin maaşı verilmir

İyulun 27-də güləşçilər “Excelsior hotel”in qarşısında aksiya keçiriblər. İdmançılar iddia edirlər ki, 15 aydır çoxdur mükafatlarını və maaşlarını ala bilmirlər. Bundan əlavə, 3 həftə sonra baş tutacaq dünya çempionatı üçün təlim-məşq toplanışı da keçirilmir.

İdmançı Rəsul Cunayev bildirib ki, zədəli idmançılara heç müalicə pulu verilmir. Hətta Cunayevin özü də əməliyyatını öz pulu ilə edib.

Federasiyanın Vitse-prezidenti Elçin Cəfərov bildirdi ki, artıq rəhbərlik üçün məlumat hazırlayırlar.

Ana səhifəVideoGüləşçilərin maaşı verilmir