Prezidentin mətbuat katibi yazılanları yalanladı
“İlham Əliyevin ailə üzvləri barədə gedən məlumatlar böhtandır”.
Prezidentin mətbuat katibi Azər Qasımov “The Guardian”-da gedən məqaləyə münasibət bildirərkən
“BBC News Azərbaycanca”
ya belə deyib.
“Yalnız bir şey deyə bilərəm ki, “The Guardian” qəzetində prezidentin ailə üzvləri ilə bağlı gedən məlumatlar tam iftira, yalan, böhtan xarakteri daşıyan yazılardır”, – Azər Qasımov bildirib.
Onun sözlərinə görə, əvvəllər də bu cür yazılar gedib, amma öz təsdiqini tapmayıb və Azərbaycana qarşı bu cür yazılar təxribat, böhtan və qarayaxma kampaniyasından başqa heç bir şey deyil.
Azər Qasımov əlavə edib: “Bu, Azərbaycanın qonşuları ilə münasibətlərinin gücləndiyi bir şəraitdə təzyiqdən başqa bir şey deyil”.
Azər Qasımov bundan əlavə heç bir şərh verməyəcəyini deyib.
Məqalə
də deyilir ki, Leyla və Arzu Əliyeva Knightsbridge ərazisində 59,5 milyon funt sterlinq dəyərində iki dəbdəbəli ev alıb və bir evə çevirmək üçün əlavə 3 milyon funt sterlinq xərcləyiblər. Müqavilə 2015-ci ildə imzalanıb və prezident İlham Əliyevin ailəsi tərəfindən İngiltərədə satın alınan milyonlarla funt sterlinqə bərabər mülkiyyət portfoliosuna əlavə olunması planlaşdırılırdı. Əliyeva bacılarının “Child & Child” firması ilə əlaqələri başladıqdan sonra, onların vəkili Britaniyanın Virgin adalarında onlar üçün Mossack Fonseca-dan alınmış Exaltation Ltd. adlı şirkət qurub. Məqsəd “Britaniyada əmlak idarəsi olub”.
Leyla və Arzu Əliyevalar siyasi üzdə olan şəxslər – PEP sayılmalı idilər. Bu statusa sahib olan şəxslər barədə Britaniyada təfərrüatlı bank yoxlamaları aparılır.
Lakin intizam məhkəməsində məlum olub ki, Əliyeva bacılarının siyasi üzdə olan şəxslər olması barədə məlumat ortaya çıxarılmayıb.
Məqalədə deyilir ki, müqavilə hazırlandıqdan sonra Əliyeva bacıları məbləği hissə-hissə ödəməyə başlayıb. və 12.66 milyon dollardan (£10 milyon) çox ödəniş edib.
Lakin 2016-cı ildə onların mülkiyyətçiliyi aşkara çıxdıqdan sonra anlaşma başa çatdırılmayıb.