Azər Qasımov Fergusondakı hadisələrdən narahatdır

O, Psakiyə “qərəzli, riyakar, qeyri-real fikirlərdən əl çəkməyi və öz ölkəsində insan hüquqlarının kobud şəkildə pozulması faktlarına diqqət çəkməyi” məsləhət görüb

Source:


O, Psakiyə “qərəzli, riyakar, qeyri-real fikirlərdən əl çəkməyi və öz ölkəsində insan hüquqlarının kobud şəkildə pozulması faktlarına diqqət çəkməyi” məsləhət görüb

Azərbaycan prezidentinin mətbuat katibi, şərh almaq üçün əlçatmaz olan Azər Qasımov gözlənilmədən dekabrın 2-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceyn Psaki tərəfindən rəsmi Bakının ünvanına səslənmiş tənqidə münasibət bildirib.

Xatırladaq ki, Psaki insan hüquqlarının pozulmasına və vətəndaş cəmiyyətinin təqibinə görə növbəti dəfə Rəsmi Bakını tənqid edib.

Azər Qasımov AzərTAc-da yayılmış şərhində Psakiyə “qərəzli, riyakar, qeyri-real fikirlərdən əl çəkməyi və öz ölkəsində insan hüquqlarının kobud şəkildə pozulması faktlarına diqqət çəkməyi” məsləhət görüb.

Xüsusən, Qasımov ABŞ-da vaxtaşırı irqi ayrı-seçkilik faktlarından, dinc nümayişçilərə qarşı polis zorakılığından, kütləvi həbslərdən narahatdır.

O, həmçinin ABŞ-da media azadlığı sahəsində problemlər olduğunu qeyd edib.

Sonda Qasımov Psakiyə sözügedən faktları inkar etməməyi, ikili standartlara əl atmamağı və qeyri-obyektiv məlumatlara istinad etməməyi tövsiyə edir (Turan İA).

Ana səhifəXəbərlərAzər Qasımov Fergusondakı hadisələrdən narahatdır