Azər Qasımlıya ailə üzvü ilə görüşməyə icazə verilməyib

Binəqədi müvəqqəti saxlanma təcridxanasında Samirə Qasımlıya yoldaşı, REAL Partiyasının məclis üzvü Azər Qasımlı ilə görüşə icazə verilmir. Təcridxana işçisi bütün otaqların təmirə dayandığını səbəb göstərir. 3 gündür REAL üzvü ilə telefonla danışmaq da mümkün olmayıb.

Bir müddətdən sonra qapını açan təcridxana əməkdaşı Azər Qasımlının vəkili ilə görüşünə razılıq verib.

Görüşdən çıxan vəkil Azər Qasımlıya hansısa fiziki təzyiqin göstərilmədiyini bildirib.

Azər Qasımlı 29 mayda həbs olunub. O, küçədə polisin qanuni tələbinə tabe olmayaraq ünvansız söyüş söyməkdə ittiham olunur. REAL üzvü ittihamı qəbul etmir və bunu təşkilatçılarından biri olduğu Cümhuriyyət yürüşünə görə baş verdiyini düşünür. Azər Qasımlı Yasamal rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib.

Ana səhifəVideoAzər Qasımlıya ailə üzvü ilə görüşməyə icazə verilməyib