Azər Qasımlının ölkədən çıxışına qadağa qoyuldu

REAL sədrinin müavini Böyük Kəsik keçid məntəqəsindən geri qaytarılıb

Source:
Azər Qasımlı foto sosial şəbəkə


REAL sədrinin müavini Böyük Kəsik keçid məntəqəsindən geri qaytarılıb

Sentyabrın 28-də REAL sədrinin müavini Azər Qasımlı ölkədən çıxarkən Böyük Kəsik keçid məntəqəsində saxlanılaraq geri qaytarılıb.

Bu barədə Azər Qasımlı Meydan TV-yə məlumat verib.

O, ölkədən çıxışına qadağanın qoyulmasının səbəbini bilmədiyini deyib: “Çünki mənimlə bağlı cinayət işi yoxdur. Ancaq Natiq Cəfərli həbs olunanda Respublika Prokurorluğunun İstintaq İdarəsinə çağrılmışdım. Müstəntiq Orxan Babayevlə bir-iki saatlıq görüş zamanı müəyyən məsələlərlə bağlı izahat alındı. Ölkədən çıxışıma qadağa barədə heç nə deyilmədi”.

Azər Qasımlı Orxan Babayevə zəng etdiyini söylədi: “O, məlumatsız olduğunu dedi və bu gün idarəyə gəlməyimi istədi, araşdıracağını bildirdi. Hazırda Bakıya qayıdıram, saat 3-də idarədə olmağa çalışacam, istəyirəm çıxışıma qoyulan qadağanın səbəblərini öyrənim”.

Ana səhifəXəbərlərAzər Qasımlının ölkədən çıxışına qadağa qoyuldu