Azər Mehtiyev: ”Fərmanın ləğvi heç də ölkədən valyuta axını təhlükəsilə bağlı deyil”

“Onsuz da mövcud qanunvericilik vətəndaşların ölkədən çıxarkən 10 min dolları rüsumsuz aparmalarına icazə verir”

Source:


“Onsuz da mövcud qanunvericilik vətəndaşların ölkədən çıxarkən 10 min dolları rüsumsuz aparmalarına icazə verir”

Ötən həftənin diqqətçəkən məsələlərdən biri biri prezident İlham Əliyevin 10 min manata qədər məhsulların gömrük rüsumu ödəmədən ölkəyə gətirilməsi haqda qərarı ləğv etməsi idi.

Bazar günü ANS-nin “Hesabat” verilişinə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu addımın atılmasının səbəbini sui-istifadə halları ilə əlaqələndirib: “Bu sərəncam yalnız şəxsi tələbat malları üçün nəzərdə tutulurdu.Təəssüflər olsun ki, əhalinin böyük bir hissəsi bunu belə qəbul eləmədi və hətta qərar qüvvəyə minməsindən əvvəl də sui-istifadə hallarına cəhdlər edilirdi. İkinci bir məsələ – ölkədəki manatın devalvasiyası prosesindən sonra artıq bu valyutanın xaricə axınına səbəb ola bilərdi”.

Nazirin fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Azər Mehtiyev hesab edir ki, fərmanın ləğvi heç də ölkədən valyuta axını təhlükəsilə bağlı deyil: “Onsuz da mövcud qanunvericilik vətəndaşların ölkədən çıxarkən 10 min dolları rüsumsuz aparmalarına icazə verir. Bu məsələdə heç bir məhdudiyyət tətbiq olunmayıb, əgər 10 min məsələsinə diqqət yetirilirdisə, o zaman həmin icazə aradan qaldırılmalıydı”.

Azər Mehtiyevin fikrincə, fərmanın ləğv olunmasının əsas səbəbi hökumətin mexanizm hazırlaya bilməməsidir: “Real olaraq prosesə nəzarət edə və gedişatı həyata keçirmək üçün mexanizmlər yarada bilmədilər ki, bilinsin söhbət hansı mallardan gedir. Məsələn, insanlar şəxsi istifadə üçün mebel gətirirlər, bəs bu mal rüsumdan azad edilirmi, bax, bu kimi suallar açıq qalırdı. Fərman verilərkən də gömrük mütəxəssisləri onun işləməyəcəyini bildirmişdilər, çünki işlək mexanizmini qurmaq mümkün deyil”.

Ana səhifəXəbərlərAzər Mehtiyev: ”Fərmanın ləğvi heç də ölkədən valyuta axını təhlükəsilə bağlı deyil”