Sabirabaddakı siyasi qüvvələr polis bölməsinə çağrılıb
Müsavat Partiyasının başqan müavini Azər İsmayıl Sabirabad rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinə çağrılıb.
Bu barədə Meydan Tv-yə məlumat verən Azər İsmayıl deyib ki, onu şöbənin Malik adlı rəis əvəzi qarşılayıb: “Çox normal davrandı, aqressiya yox idi. Dedi ki, iğtişaş olarsa, iştirak etməyin. Profilaktik tədbir idi”.
O, başqa siyasi qüvvələrin Sabirabaddakı fəallarının da şöbəyə çağrıldığını bildirib.