”Azər Əsgərov 40 gündür həbsdədir”

Evini AXCP-yə kirayə verən şəxsin Türkiyədə həbs olunduğu deyilir

Source:
Arif Əsgərov
Arif Əsgərov


Evini AXCP-yə kirayə verən şəxsin Türkiyədə həbs olunduğu deyilir

Sahibkar Azər Əsgərovun artıq 40 gündür Türkiyədə həbsdə olduğu deyilir. Bu barədə həyat yoldaşı Kifayət Əsgərova onun “Facebook” səhifəsində məlumat

paylaşıb

.

K.Əsgərova deyir ki, həyat yoldaşı dekabrın 18-də həbs olunub:

“Onu Azərbaycan hökuməti tərəfindən verilən göstərişlə həbs ediblər. Türkiyənin Antalya şəhərindəki evinə zorla giriblər. Yoldaşıma 1 il cəza veriblər, hazırda o, Antalya şəhərində Yeniköy L Tipi Cəzaevindədir. Bu özbaşınalıqların səbəbi Azərbaycandakı mülkünün pulunu tələb etməsidir”.

K.Əsgərova deyir ki, Azər Əsgərov həbsindən bir gün əvvəl, dekabrın 17-də xəstəxanada video-müraciət hazırlayıb.

K.Əsgərova yoldaşının axtarışda olduğunu eşidəndən sonra xəstəxanaya aparıldığını qeyd edib. Onun sözlərinə görə, Azər Əsgərovun ürəyinin 18 faizi çalışır və ağır durumdadır.

Azər Əsgərov videomüraciətində deyib ki, cəzalandırılmasının səbəbi Azərbaycandakı mülkünün pulunu tələb etməsidir:

“Bu işin arxasında fövqəladə hallar naziri Kamaləddin Heydərov dayanır. Məndən mülkümün kupçasını istəyirlər”,- Azər Əsgərov deyib.

Azər Əsgərovun adı mediada 2014-cü ildə Nərimanov rayonunda AXCP-yə kirayə verdiyi mənzildəki partlayışdan sonra

hallanıb

.

Həmin ilin martın 3-də T.Şıxəliyev küçəsi 8 ünvandakı AXCP-nin ofisində partlayış baş verib və mülk Azər Əsgərova məxsus olub, sonradan bu mülk sökülüb.

Azər Əsgərov söküntüyə etiraz edərək məhkəməyə müraciət edib.

O vaxt Azər Əsgərov partlayışdan əvvəl hədələndiyini də deyib:

“Mən Türkiyədə yaşayıram və orada dəfələrlə hədələnmişəm”.

Ancaq Nərimanov rayon icra hakimiyyəti başçısının müavini və kommunal xidmət işçiləri şəxsi evin hansı qərarla söküldüyünü izah etməmişdilər.

Ana səhifəXəbərlər”Azər Əsgərov 40 gündür həbsdədir”