Azay Quliyev: ”QHT-lərin cinayət işinin təhqiqatı başa çatıb” (YENİLƏNİB)

Elçin Sadıqov: “Müdafiə etdiyim QHT-lərin bank hesablarından, o cümlədən mənim bank hesabımdan həbs götürülməyib”

Source:


Elçin Sadıqov: “Müdafiə etdiyim QHT-lərin bank hesablarından, o cümlədən mənim bank hesabımdan həbs götürülməyib”

“Müəyyən cinayət işinin istintaqının aparılması ilə əlaqədar bir sıra QHT-nin hesabları dondurulmuş, yaxud hesablarına həbs qoyulmuşdu. Artıq bu cinayət işi ilə bağlı tədqiqat başa çatıb, Baş Prokurorluğun verdiyi vəsatət əsasında hesabların üzərindən həbslər götürülüb, dondurulmuş hesablar da yoxdur”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

A. Quliyev həmçinin onu da qeyd edib ki, artıq həmin QHT-lər sərbəst şəkildə fəaliyyətlərini davam etdirə bilər: “Hər hansı QHT-nin bu baxımdan problemi yoxdur”.

Məsələyə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində belə münasibət bildirib: “QHT-lər barədə cinayət işinin bitməsi və hesablardan həbsin götürülməsi ilə bağlı məlumat yayılıb. Bu məlumatı alan kimi AR Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi ilə əlaqə saxladım və vəkili olduğum QHT-lərin işləri ilə maraqlandım. Bildirdilər ki, cinayət işi hələ davam edir və müdafiə etdiyim QHT-lərin bank hesablarından, o cümlədən mənim bank hesabımdan həbs götürülməyib”.

Ana səhifəXəbərlərAzay Quliyev: ”QHT-lərin cinayət işinin təhqiqatı başa çatıb” (YENİLƏNİB)