Azay Quliyev: Bakı Parisə etiraz notası verməlidir

”Fransanın həyata keçirdiyi siyasət erməniləri dəstəkləməkdən ibarət olub”

Source:


”Fransanın həyata keçirdiyi siyasət erməniləri dəstəkləməkdən ibarət olub”

Fevralın 14-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açıq elan edən spiker Oqtay Əsədov gündəliyi elan edib, daha sonra cari məsələlərlə bağlı deputatlar çıxışa yazılıblar.

Deputat Azay Quliyev bildirib ki, Fransa beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq Ermənistanı dəstəklədiyi üçün Bakı Parisə etiraz notası verməlidir.

O bildirib ki, Olland erməni diasporunun nümayəndələri ilə görüşdə “Dağlıq Qarabağ problemi xalqların öz müqəddəratını təyin etməsi yolu ilə həll olunmadır” fikrini səsləndirib və bu qeyri-konstruktivdir:

“Fransa prezidenti erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyin etməyin əsas prinsip olduğunu bildirib. Bununla da, o, Ermənistanın tezisini təkrarlayıb. Təəssüflər olsun ki, Fransa prezidenti bir az da qabağa gedərək Ermənistan-Azərbaycan prezidentlərinin görüşünü də təşkil edəcəyini bildirib. Fransua Olland faktiki olaraq Ermənistana dəstəyini ifadə edib “Heç kim düşünməsin ki, Fransa prezidentinin səlahiyyətlərinin bitməsinə 2 ay qalmış müddətdə belə bəyanata verməsi ermənilərin könlünü almaq məqsədi daşıyır. Əsla belə deyil. Fransanın həyata keçirdiyi siyasət birmənalı şəkildə həmişə erməniləri dəstəkləməkdən ibarət olub. Təkcə  statistikaya baxsaq görərik ki, Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərləri daha çox Fransa vətəndaşları ediblər. Bugünkü separatçı rejimlə ən çox əlaqə quran Fransadır. Buna görə də, bu, bizi kifayət qədər narahat edir. Fransanın beynəlxalq hüquq normalarına və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə açıq şəkildə hörmətsizlik etməsi cavabsız qalmamalıdır. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması elə də sadə prosedur deyil. Fransanın mövqeyinə görə diplomatik addımlar atılmalıdır. Ən azından Fransaya etiraz notası göndərilməlidir. Bizim Xarici İşlər Nazirliyi məsələyə adekvat cavab verməlidir”.

Spiker Oqtay Əsədov isə bildirib ki, əslində F.Ollandın çıxışı tam verilməyib:

 “Mən bunu eşidən kimi Səməd Seyidova tapşırdım ki, Fransa saytlarına baxsın. O baxdı və gördü ki, Ollandın fikirləri buradakı saytlarda tam verilməyib. Əsas mövzuları erməni mətbuatından götürülüb. Təhriflər var. Amma onunla razıyam ki, Fransa prezidenti ərazi bütövlüyü məsələsinə toxunmayıb, yəni orada Madrid prinsipinin adı çəkilsə də, ərazi bütövlüyü məsələsindən danışılmayıb”.

Ana səhifəXəbərlərAzay Quliyev: Bakı Parisə etiraz notası verməlidir