“Azalternativenerji” MMC-nin işçiləri əmək haqlarını tələb edir

Zamiq Nəcəfov ötən müddətdə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevə müraciət etdiklərini, amma hər hansı reaksiya almadıqlarını deyib.

Source: Specify Source


İşçilər aksiya keçiriblər

“Azalternativenerji” MMC-nin işçiləri 5 aydın əmək haqqı ala bilmədiklərini deyirlər. Onlar bu səbəbdən avqustun 28-də idarənin qarısına toplaşıb, plakatlar qaldıraraq pullarını tələb ediblər.

Bu barədə Meydan TV-yə danışan idarənin işçisi Zamiq Nəcəfov bildirib ki, onlar Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərirlər. İdarə Qobustan rayonunda yerləşir, 30 işçisi var.

O, 5 ayda susmalarını pandemiya ilə əlaqələndirib:

“Gözləyirdik ki, ümumi problemdir, yəqin bu gün-sabah olar, artıq 5 aydır. Hazırda işçilərin evlərində çörəkpulu da yoxdur”.

img_20200828_123849_041.jpg
O, 5 ayda susmaların pandemiya ilə əlaqələndirib

Zamiq Nəcəfov ötən müddətdə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevə müraciət etdiklərini, amma hər hansı reaksiya almadıqlarını deyib.

Zamiq Nəcəfovun sözlərinə görə, “Azalternativenerji” MMC-nin direktoru Aqşin Bəkirzadə bu gün onlarla görüşüb və gələn həftə əmək haqlarının veriləcəyini vəd edib.

İdarənin mühəndisi Aqil Şirinov Meydan TV-yə işçilərə 5 aydır maaşın verilmədiyini təsdiqləyib:

“Müdiriyyət işçilərə görüşüb, bir həftə vaxt istəyib, yəqin gələn həftə problem həllini tapar.

img_20200828_142655_134.jpg
Aksiya
Ana səhifəSosial“Azalternativenerji” MMC-nin işçiləri əmək haqlarını tələb edir