AZAL təkzib etdi: Şəhidin qohumlarına təyyarə ayrılıb

”Hətta şəhidimizin qohumları bu jestə görə AZAL-a təşəkkürünü də bildiriblər”

Source:


”Hətta şəhidimizin qohumları bu jestə görə AZAL-a təşəkkürünü də bildiriblər”

“Azərbaycan Hava Yolları”QSC-ın  (AZAL) fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən baş leytnant Tural Həşımlının yaxınlarına bilet verməməsi media və sosial şəbəkələrdə narazılıqla qarşılanıb.

Bu barədə jurnalist Naibə Qurbanova “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, baş leytenant Tural Həşimlinin cənazəsi Naxçıvana yola salınıb. AZAL şəhidin yaxınlarını, qohumlarını Naxçıvana yola salmaq üçün cəmi 5 ədəd yer ayıra bilib. Şəhidin qohumları aeroportda qalıb.

Ancaq AZAL deyilənləri təkzib edir.

Bu barədə səhmdar cəmiyyətin prezidentinin köməkçisi Paşa Kəsəmənski APA-ya bildirib ki, onlar bu cür təhrif olunmuş və həqiqətə əsaslanmayan xəbərlərin yayılmasından təəssüflənir:

“Guya şəhidimizin nəşi yola salınarkən cəmi beş qohuma bilet verilib, bilet olmadığı üçün digər qohumlar onları müşayiət edə bilməyiblər. Bu, kökündən yanlış xəbərdir”.

P.Kəsəməniski deyib ki, yazılanların əksinə olaraq AZAL daha böyük, yəni “Aerobus A-320” tipli təyyarə ayırıb.

“Bu addım mövcud şərait nəzərə alınaraq atılıb. Hətta şəhidimizin qohumları bu jestə görə AZAL-a təşəkkürünü də bildiriblər. Başqa sözlə, yazılanlar nəinki əsassızdır, hətta haqsızdır”, – deyən  P.Kəsəmənski əlavə edib ki, Naxçıvanda müşahidə olunan qatı duman səbəbindən aviareys bir qədər yubanma ilə yerinə yetirilib.

Ana səhifəXəbərlərAZAL təkzib etdi: Şəhidin qohumlarına təyyarə ayrılıb