“Azadlıq”ın jurnalisti azadlığa çıxdı (VİDEO)

“Azadlıq” qəzetinin və “Azərbaycan saatı” teleproqramının əməkdaşı, AXCP fəalı Xalid Qarayev 25 günlük inzibati həbs cəzası bitdikdən sonra bu gün azad olunub

Xalid Qarayev əvvəlki mübarizə əzmində olduğunu və həbsinin onun fəaliyyətinə təsir göstərməyəcəyini bildirib.

Xalid Qarayev oktyabrın 29-da həbs edilib. Bir gün sonra Binəqədi Rayon Məhkəməsi onu xuliqanlıq və polisə tabe olmama ittihamı ilə 25 gün müddətinə həbs edib.

“Bizim ərazidə “polisin adamı” kimi tanınan biri var. Mənə zəng etmişdi ki, ərazidə bəzi təmir işləri aparmalıyıq və mənimlə danışmalıdır. Artıq zəng edəndə anlamışdım ki, nəsə mənə qarşı həbs hazırlanır. Axşam marketdən bəzi şeylər alıb çıxanda arxadan yaxınlaşdı. Bir neçə nəfər də vardı. Dedilər bizimlə gəlməlisən. Bildirdim ki, rəsmi çağırış göndərin. Dedilər ki, gəlməlisən – vəssalam. 4-cü polis bölməsinə apardılar. Oradan da Binəqədi polis idarəsinə. “Azadlıq” qəzetindəki fəlaiyətimlə maraqlandılar”.

Ana səhifəVideo“Azadlıq”ın jurnalisti azadlığa çıxdı (VİDEO)