”Azadlıq”ın direktoruna 3 aylıq həbs-qətimkan tədbiri seçildi

Vəkil Aqil Layıcov deyib ki, “Faiq Əmirli bu ittihamlara sadəcə gülür”

Source:


Vəkil Aqil Layıcov deyib ki, Faiq Əmirli bu ittihamlara sadəcə gülür

22 avqustda Nəsimi rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 168.1-ci maddəsi ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) üzrə ittiham irəli sürülüb.

F.Əmirli 2016-cı il avqustun 20-də yaşadığı binanın qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparıblar. F.Əmirlinin avtomobilinin yük yerindən Fethullah Gülənin bir neçə kitabının çıxdığı deyilir. Ancaq F.Əmirlinin yaxınları və hadisənin şahidləri deyirlər ki, həmin kitabları yük yerinə maşına baxışdan öncə naməlum adamlar qoyublar. F.Əmirli deyib ki, saxlanılandan sonra onun maşınının açarı bir saatlıq əlindən alınıb.

“Hizmet” hərəkatını hazırda ABŞ-da yaşayan və Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə təqsirləndirilən Fethullah Gülənin tərəfdarlarının yaratdığı bildirilir.

Yayım direktoru ittihamları qəbul etmir.

Ana səhifəXəbərlər”Azadlıq”ın direktoruna 3 aylıq həbs-qətimkan tədbiri seçildi