”Azadlıqda ölənlərin sayı həbsxanada ölənlərdən çoxdur”

6 qarışıqtipli həbsxana tikilir

Source:
Hüseyn Əlixanov
Hüseyn Əlixanov


6 qarışıqtipli həbsxana tikilir

“Azərbaycanda 6 ədəd qarışıq tipli cəzaçəkmə müəssisəsi tikilir”.

“Qafqazinfo”-nun məlumatına görə, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib. Rəis müavinin sözlərinə görə, həbsxanalar müxtəlif bölgələrdə – Kürdəmir, Lənkəranda və digər ərazilərdə tikiləcək ki, vətəndaşlar çox əziyyət çəkməsin.

Həbsxanada baş verən ölüm halları ilə bağlı suala rəis müavini belə cavab verib: “Cəzaçəkmə müəssisəsində ölüm halları həmişə olub. Biz müqayisə etsək görərik ki, azadlıqda olanlardan ölənlər cəzaçəkmə müəssisəsində ölənlərdən daha çox olur”.

H. Əlixanov onu da bildirib ki, azadlığa çıxan məhbusların 3-də biri işlə təmin olunub və təxminən 5 min nəfəri işləyir.

Ana səhifəXəbərlər”Azadlıqda ölənlərin sayı həbsxanada ölənlərdən çoxdur”