‪”Azadlıq üçün pedalla‬” turuna çıxan velosipedçimiz döyüldü

O hazırda hospitaldadır və başına 10 tikiş qoyulub

Source:

Cənubi Afrikaya yola çıxan azərbaycanlı səyyah Yaşar Xudiyev ‪hücuma məruz qalıb.

“Sol qolum qırılıb. Kürək sümüklərimdə çatlar var, sağ qulağım yarı kardır”. O bu sözləri öz facebook hesabından yazıb.

Yaşar Xudiyevin deyib ki, Kenya sərhədinə 50 km qalmış bir qrup adam ona hücum edərək döyüb, velosipedini, başqa əşyalarını əlindən alıb. Sənədlərini isə yandırılıb.

“Onlar məni cəngəlliyin dərinliyinə öldürmək məqsədiylə apardılar. Ölümcül döydülər və başıma ən azı 10 daş zərbəsi dəydi . Bütün başımı qan içində görüb öldüyümü sandılar”.

“Cəngəllikdən yol tapıb çıxdım və özümü ilk gələn maşının qabağına atdım. Həmin maşın məni qəsəbə hospitalına çatdırdı”.

Yaşar Xudiyev ümumi vəziyyətinin yaxşı olduğunu və səyahətinin başa çatdığını bildirir.


Yaşar keçən ilin mayında səyahətinə start verib.

Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Avstriya, İsveçrə, Almaniya, Fransa və İspaniyadan sonra Afrikaya keçib.

Ana səhifəXəbərlər‪”Azadlıq üçün pedalla‬” turuna çıxan velosipedçimiz döyüldü