Azadlıq Radiosunun Vergilər Nazirliyinə qarşı iddiasına baxılır

Radio vergi orqanının tərtib etdiyi aktın ləğvini və həmin akt əsasındakı qərarın etibarsız sayılmasını istəyir

Source:

Radio vergi orqanının tərtib etdiyi aktın ləğvini və həmin akt əsasındakı qərarın etibarsız sayılmasını istəyir

İyunun 23-də 1 saylı Bakı İnzibati – İqtisad Məhkəməsində Azadlıq Radiosunun Azərbaycan nümayəndəliyinin Vergilər Nazirliyinə qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb.

Meydan TV əməkdaşının məlumatına görə, hakim Şərafət Məmmədovanın sədrlik etdiyi iclasda radonun nümayəndəsi vəkil Adil İsmayılov və nazirliyin nümayəndəsi Arzu Hüseynov iştirak edib. İclasda hakim nümayəndələrin etibarnamə məsələsini yoxlayıb. Onların etibarnamələrinin olub-olmaması ilə maraqlanıb. Adil İsmayılov etibarnaməsinin olduğunu və həmin etibarnamənin ona baş ofisdən verildiyini deyib. Hakim etibarnaməni oxuduqdan sonra bildirib ki, orada Adil İsmayılovun məhkəmədə cavabdeh və ya iddiaçı şəxs qismində çıxış etməsinə səlahiyyət verilməsi haqqında yazılmayıb. Adil İsmayılov isə ona bütün səlahiyyətlərin şirkət tərəfindən verildiyini deyib. Bildirib ki, Azərbaycan nümayəndəliyi etibarnamə verə bilmir. Çünki möhür və digər sənədlər götürülüb və bugünə kimi geri qaytarılır. Nazirliyin nümayəndəsi A.Hüseynov isə bildirib ki, bu iş üzrə nazirlik cavabdeh kimi tanına bilməz. Onun sözlərinə görə, radionun Bakı ofisində aparılan axtarış və sənədlər əsasında akt tərtib edilib. Həmin aktı isə nazirlik yox, Bakı Vergilər Departamenti tərtib edib.

Hakim məhkəmə prosesin iyunun 29-da davam etdiriləcəyini deyib.

Radio vergi orqanının 2015-ci ilin yanvarından 2016-cı ilin martınadək aparılan yoxlama nəticəsində tərtib etdiyi aktın ləğvini və həmin akt əsasındakı qərarın etibarsız sayılmasını istəyir.

Ana səhifəXəbərlərAzadlıq Radiosunun Vergilər Nazirliyinə qarşı iddiasına baxılır