“Azadliq Radiosunun susdurulmasına yönələn addım quldurluğun tərkib hissəsidir”

Nenad Pejic: “Bakı Bürosuna olan hücum Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin kobudcasına pozulmasıdır”

Source:


Nenad Pejic: “Bakı Bürosuna olan hücum Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin kobudcasına pozulmasıdır”

Azad Avropa – Azadlıq Radiosunun rəhbəri Nenad Pejic (Nenad Peyc) Bakı bürosuna hücumu pisləyərək, Azərbaycan hakimiyyətini radiodan qisas almaqda ittiham edib.

“Azadliq Radiosunun Bakı Bürosuna olan hücum Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin kobudcasına pozulmasıdır. Ölkə rəhbərliyinin əmri ilə həyata keçirilən bu addım Azadliq Radiosunun susdurulmasına yönələn quldurluğun tərkib hissəsi, mustəqil jurnalistikaya görə radiodan qisas almaq cəhdidir. Azərbaycan rejimi  dəfələrlə bizi susdurmağa çalışıb. Lakin Azərbaycan xalqının azad informasiya almaq hüququnun təmin olunması üçün yaradılan AzadliqRadiosu öz işini heç vaxt dayandırmayıb və bundan sonra da Azərbaycan xalqının azad informasiyaya çıxışını təmin etmək, auditoriyanının tələbatı olan xəbərləri yaymaq üçün öz işini davam etdirəcək”, – deyə Nenad Pejic bildirib.

azadliq.org

Ana səhifəXəbərlər“Azadliq Radiosunun susdurulmasına yönələn addım quldurluğun tərkib hissəsidir”