”Azadlıq” radiosunun saytı bloklanıb

Son aylar müstəqil media qurumlarının saytları tez-tez bloklanır

Source:
Azadlıq Radiosu
Azadlıq Radiosu


Son aylar müstəqil media qurumlarının saytları tez-tez bloklanır

Martın 27-də “Azadlıq” radiosunun Azərbaycan xidmətinin saytı (http://www.azadliq.org/) bloklanıb. Sayta yalnız Azərbaycan ərazisindən daxil olmaq mümkün deyil.

Məlumatı “Turan” yayıb. Bildirilir ki, Praqada yerləşən xidmətin əməkdaşları bununla bağlı hər hansı bəyanat verməyiblər.

Saytın bloklanması birinci dəfə deyil. Son aylar ən azı üç dəfə olub.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi baş verənləri inakar edir. Agentlik nazirliyin problemi aşkar etmək, səbəblərini aydınlaşdırmaq üçün bütün texniki imkanlarının olduğunu yazır.

Təkcə Azadlıq radiosu deyil, Amerikanın səsi, Meydan TV-nin saytları da Azərbaycan ərazisində tez-tez bloklanır. 2016-cı ilin sentyabr referendumundan öncə və sonra sözügedən saytlar uzun müddətə bloklanmışdı.

Ana səhifəXəbərlər”Azadlıq” radiosunun saytı bloklanıb